Xəbərlər

  • 5 366

Bərdədə 11-12 yaşlı uşaqlar arasında futbol turniri keçirilib

image

AFFA-nın və Uşaq və Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə 16 iyun 2018-ci il tarixdə Bərdə şəhərində 11-12 yaşlı uşaqlar arasında futbol turniri keçirilib. SİA-nın verdiyi məlumata görə, turnirin keçirilməsində məqsəd uşaq futbolçular arasından ən yaxşılarının, istedadlılarının seçilməsi və onların düzgün istiqamətləndirilməsidir.Turnirdə Bərdə, Ağdam, Cəbrayıl, Ağcəbədi, Tərtər, Xocalı, Füzuli və Xocəvənd rayonlarından 8 komanda iştirak edib.Turnirdə Bərdə komandası I yeri, Ağdam komandası II yeri, Cərayıl komandası isə III yeri tutub. Qaliblər kubok və diplomlarla mükafatlandırılıb.

sia.az

Digər xəbərlər