Xəbərlər

  • 2 891

Baş nazirin birinci müavini və “Azərenerji” ASC-nin prezidenti Mingəçevirdəki İES-ə baş çəkiblər

image

Baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Mingəçevirdəki İstilik Elektrik Stansiyasına (İES) baş çəkiblər. Bu barədə AZƏRTAC-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. O bildirib ki, Baş nazirin birinci müavini qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki İstilik Elektrik Stansiyasının yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Digər xəbərlər