Xəbərlər

  • 3 346

Güləşçimiz DÇ-də gümüş medal qazanıb

image

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığmamız 3 çəkidə idmançı ilə təmsil olunub.43 kq çəkidə mübarizə aparan Şahanə Nəzərova ardıcıl olaraq Yaponiya və Fransadan olan rəqiblərini məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna idmançısına da tam üstünlüklə qalib gələn Şahanə finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı olub. Görüşü məğlub başa vuran təmsilçimiz gümüş medalla kifayətlənib.

sia.az

Digər xəbərlər