Xəbərlər

  • 3 732

Bakı Şəhər İcra Hakimiyyəti iaşə obyektlərinə vaxt verdi

image

Bakı şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon icra hakimiyyətləri ilə birgə paytaxtımızda fəaliyyət göstərən iri restoran və şadlıq evlərinin sahibləri ilə maarifləndirici görüşlərini davam etdirir. SİA-ya Bakı Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, görüşlərin keçirilməsində əsas məqsəd restoran və şadlıq evlərindən atmosferə zərərli qazların, tüstünün və kəskin qoxunun buraxılmasının, paytaxtın ekologiyasının çirklənməsinin qarşısını almaqdır.

Tədbirlərdə sahibkarlara bildirilib ki, atmosferin çirklənməsinin qarşısını almaq məqsədi ilə restoranların tüstü bacalarında xüsusi filtr quraşdırılmalıdır. Vətəndaşlara izah edilir ki, filt quraşdırılmayan restoran və şadlıq evlərinin sahibləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnəcək. Belə ki, cərimənin məbləği quraşdırılacaq qurğulara verilən puldan qat-qat çox olacaq. Sahibkarlara bir daha bildirilir ki, əgər məqsəd normlara cavab verməyən restoranları cərimələmək olsaydı, heç bir xəbərdarlıq etmədən cərimələr yazılardı. Amma məqsəd cərimələmək yox, problemi tam olaraq aradan qaldırmaqdır. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlarla, sahibkarlarla görüşüb onlara bildirir ki, bu məsələ həllini tapmalıdır və bunun başqa yolu yoxdur. Bunu üçün də böyük restoran və şadlıq evlərinin sahiblərinə vaxt verilib ki, 15 gün ərzində həmin qurğuları quraşdırsınlar. Qurğuları quraşdırmaqla siz paytaxtın ekologi təmizliyini qorumuş olacaqsınız.

Qeyd edək ki, belə tədbirlər artıq Bakının Nizami, Xətai, Nərimanov, Yasamal, Binəqədi, Suraxanı və Sabunçu rayonlarında keçirilib və bütün rayonlarda keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər