Xəbərlər

  • 3 573

İngiltərə çempionatında 8-ci turun rəmzi yığması açıqlanıb

image

Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci turun rəmzi yığması açıqlanıb. Britaniya mətbuatı yazır ki, siyahıda “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Arsenal”ın iki futbolçusu yer alıb. Rəmzi yığmanın baş məşqçisi isə “topçular”ın çalışdırıcısı Unai Emeri seçilib.

Turun rəmzi “11-liy”i bu cürdür:

Qapıçı: Uqo Loris (“Tottenhem”)

Müdafiəçilər: Ektor Belyerin (“Arsenal”), Villi Boli (“Vulverhempton”), Natan Ake (“Bornmut”), Lyuka Din (“Everton”)

Yarımmüdafiəçilər: Ross Barkli (“Çelsi”), Pol Poqba (“Mançester Yunayted”), Qilfi Siqurdsson (“Everton”), Eden Hazard (“Çelsi”)
Hücumçular: Coşua Kinq (“Bornmunt”), Aleksandr Lyakazett (“Arsenal”)
Baş məşqçi: Unai Emeri (“Arsenal”)
Qeyd edək ki, “Arsenal” son turda London derbisində səfərdə “Fulhem”i 5:1 hesabı ilə məğlub edib.

sia.az

Digər xəbərlər