"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb. SİA-nın məlumatına görə, London klubu 9-cu turda "Lester"i qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbə ilə xalını 21-ə yüksəldən Unay Emerinin komandası 9 turdan sonra "Çelsi" və "Tottenhem"lə birgə 3-5-ci pilədə yer alıb. "Mançester Siti" və "Liverpul" hərəyə 23 xalla 1-2-ci pillələri bölüşdürür.

"Arsenal" - "Lester" 3:1
Qollar: Belyerin, 31-avtoqol (0:1), Özil, 45 (1:1), Obameyanq, 63 (1:2), 66 (1:3)

sia.az