Xəbərlər

  • 4 270

"Milan" səfərdə uduzdu

image

Futbol üzrə İtaliya A Seriyasında 34-cü turun matçları davam edir. İkinci oyun günündə daha 5 qarşılaşma keçirilib. "Napoli" səfərdə "Frasinone"ni, "Latsio" isə "Sampdoriya"nı məğlub edib. "Kyevo" - "Parma" və SPAL - "Cenoa" görüşlərində qalib müəyyənləşməyib. Günün son oyununda isə "Milan" səfərdə "Torino"nun qonağı olub. Qarşılaşma "rossonyerlər"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

28 aprel

"Frasinone" - "Napoli" - 0:2
Qollar: D. Mertens, 19 (0:1), A. Yones, 49 (0:2)

"Kyevo" - "Parma" - 1:1
Qollar: Y. Kuçka, 38 (0:1), R. Meqqiorini, 66 (1:1)

SPAL - "Cenoa" - 1:1
Qollar: Felipe, 36 (1:0), C. Lapadula, 56 (1:1)

"Sampdoriya" - "Latsio" - 1:2
Qollar: F. Kaysedo, 3 (0:1), 19 (0:2), F. Kualiyarella, 57 (1:2)

"Torino" - "Milan" - 2:0
Qollar: A. Belotti, 16-penalti, 58 (1:0), A. Berenque, 69 (2:0)

Qeyd edək ki, 34 turdan sonra "Napoli" 70 xalla 2-cidir. "Atalanta", "Torino" və "Milan" 56 xalla müvafiq olaraq, 5, 6 və 7-ci yerləri bölüşdürür. Bir xal az toplayan "Latsio" 8-ci pillədə qərarlaşıb. Ötən tur çempionluğunu rəsmiləşdirən "Yuventus"un isə 88 xalı var.

sia.az

Digər xəbərlər