Xəbərlər

  • 3 943

"Yay məktəbi" layihəsi öz işini uğurla davam etdirir

image

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi öz işini uğurla davam etdirir. Hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində olan Oğuz rayonundakı “Afra” Hotel istirahət mərkəzində təşkil olunub. SİA-nın verdiyi məlumata görə, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Oğuzda keçirilən "Yay məktəbi"nin 4-cü günündə ilkin tibbi yardımla bağlı təlim keçib, daha sonra ictimai yerlərdə, çöllüklərdə və s. təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı gəncləri təlimatlandırıblar.Bu gün həmçinin hovuzda komandalar arasında su polosu yarışları keçirilib. Bundan sonra Star-Up “Audio kitab” layihəsinin təqdimatı və qısa praktikası olub. Bununla belə "Yay məktəbi"nin bağlanışına hazırlıq prosesi planlaşdırılır. Burada iştirakçılara müxtəlif hədiyyələr veriləcək, eyni zamanda intellektual və praktik oyunlar keçiriləcək.Ötən gün isə “Yay məktəbi"nin iştirakçıları Oğuzun “Xalxal” kəndinə səfər etmişdilər. Orada “piknik” təşkil edilib, daha sonra gənclərə ekologiya ilə bağlı təlim keçirilib və piyada yürüş olub. Gənclər yürüş zamanı şəlaləyə qalxıblar. Onlar orada xarici turistlərlə söhbət ediblər və xatirə şəkilləri çəkdiriblər.Bu gün həmçinin gənclərimiz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı 25 dəqiqəlik video-çarxa tamaşa edəcəklər. Daha sonra millət vəkili Kamilə Əliyeva Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi və müstəqil Azərbaycan haqqında “Yay məktəbi"nin iştirakçıları qarşısında məruzə ilə çıxış edəcək. Günün sonuna əyləncəli şou-proqramla yekun vurulacaq.

siaşaz

Digər xəbərlər