Şahmatçılarımız beynəlxalq turnirdə çıxışlarını davam etdirirlər

Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçıları daha bir turu qələbə ilə başa vurublar. SİA-nın məlumatına görə, dördüncü turda təmsilçilərimiz Nail Bəşirli monteneqrolu Dragisa Blagojevic, Abdulla Qədimbəyli isə serbiyalı Sasa Velickovici məğlub ediblər. Şahmatçılarımız maksimum xalla ikinci və üçüncü pillələrdə qərarlaşıblar.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

sia.az