Müxalifət

  • 8 713

İsa Qəmbərin səhhətindəki problemlər maskaların cırılmasına səbəb oldu

image

u il, 2018-ci ildə keriliməsi nəzərdə tutulan prezident seçkiləri yaxınlaşdıqca, dağıdıcı müxalifətin maskası cırılaraq, siması yenə də görünməyə başlayır. Müxalifət funksionerlərinin və liderlərinin hakimiyyət ehtirası bütün prinsipləri yenə də üstələyir və şəxsi maraqlar, şəxsi mənafe ön plana keçir. Özündən başqa heç kəsi qəbul etməmək kimi fobiya, güzəştə getməyə, razılığa gəlməyə, əməkdaşlıq etməyə imkan vermir.

İsa Qəmbərin səhhəti ilə əlaqədar prezident seçkilərində namizəd olaraq iştirakı sual altındadır. Daha doğrusu, eks-başqan seçkilərdə iştirak etməkdən imtina edir. Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər isə, onu müalicəsi ilə əlaqədar yaşadığı ölkəyə dəvət edir və 60 yaşlı qardaşının müalicədən sonra özünü 30 yaşında olduğu kimi, hiss edəcəyini iddia edir. Ola bilsin ki, İ.Qəmbər bu ilin yayında müalicə üçün Almaniyaya getsin. Belə bir şəraitdə Arif Hacılının Müsavat nümayəndəsi kimi seçkilərdə iştirak etmək fikri ortaya çıxır. Doğrudur, A.Hacılı dərk edir ki, bu seçkilərdə minimum 15 min səsi toplamaq iqtidarında deyil. Onun minimum limit hesab olunan səsə gümanı belə yoxdur deyə, əslində, bərk ehtiyatlanır.
Reallıq bundan ibarətdir ki, əslində, heç Ə.Kərimlinin özünün də bu minimum səsi toplamağa ümidi yoxdur. Hətta Hacılı ilə danışıqlarında 2018-ci il seçkilərində uğur qazanmayacağı təqdirdə, növbəti seçkilərdə onu dəstəkləyəcəyinə söz verməsi bu ümidsizliyi təsdiq edir. Amma hakimiyyət hərisliyi AXCP sədrinin gözlərini tutub və bu həqiqətləri görməməyə çalışır. Hazırda İ.Qəmbərin səhhətinin pisləşməsindən ruhlanan, ümidlənən Kərimlinin namizədlik ehtirası bir az da güclənib. Öz əqidə yoldaşının səhhətinin pisləşməsini özü üçün sevindirici hal və ümid çırağı hesab edən sədr, dərhal aktiv fəaliyyətə, hiyləgər gediş etməyə başlayıb. Sonuncu, 2014-cü il qurultayından sonra başqan təyin olunan A.Hacılını və Müsavatı tanımaqdan imtina edən, Qubad İbadoğlunu və onun rəhbərlik etdiyi partiyanı daha ciddi bir qurum, əsl müsavatçıların təmsil olunduğu partiya kimi qəbul edən Ə.Kərimli indi A.Hacılı ilə yaxınlıq etməyə və ondan dəstək almağa çalışır. Dəfələrlə hazırkı başqan AXCP sədrinə əməkdaşlıq təklif etsə də, hətta birgə mitinq keçirməyi xaiş etsə də, onun təklif və xahişini rədd edən, T.Yaqublu ilə əlaqələrə üstünlük verən Kərimli indi hiyləgər bir gediş edərək, A.Hacılını ələ almaq üçün dəridən qabıqdan çıxır. Başqanın qılığına girmək, onu razı salmaq üçün T.Yaqubludan istifadə etməyi də unutmur.

Tərəf-müqabili şeytanın özü olsa, AXCP sədrinin güzəştə gedəcəyinə güman yoxdur

Bir yerə yığışıb müzakirələr apararkən, bu üçlük Cəmil Həsənlinin iştirakını yersiz hesab edir. Kərimli üçün Həsənlinin, nəinki "şura" sədri kimi bir vəzifəsi, hətta varlığı belə formal xarakter daşıyır və onun iştirakını heç ağlına də gətirmir. Onun üçün ən vacib olanı, Hacılını razı salmaq və bu işdə lazım gələrsə, nəinki T.Yaqubludan, lap elə bütün ətrafından istifadə etmək adi haldır. Həsənlinin iştirakını heç Hacılı da istəmir. Belə bir danışığın və söhbətin şahidi olmasını isə əsla istəmir. Eyni zamanda, əgər Kərimli Müsavat başqanını dilə tutmaq üçün bir yerdə olarkən, Yaqublu da iştirak edirsə, bu, heç də o demək deyil ki, onu tərəflər yaxın hesab edir və hesablaşa bilərlər. Nə Kərimli, nə də Hacılı seçki zamanı, namizədlik kürsüsü uğrunda mübarizədə heç kimə güzəşt edən deyil. Bir-birini indi dilə tutsalar da, heç öz aralarında da razılaşma, güzəştə getmə alınası deyil. Hər biri ikibaşlı oyun və çox hiyləgər planlar qurur. Bir sözlə, İ.Qəmbərin səhhətindəki problemlər maskaların cırılmasına səbəb oldu. Görünür, hardasa hər biri, öz növbəsində, digərindən istifadə etmək fikrindədir və onların bir araya gəlməsi hansısa bir məqama qədər, maraqların toqquşmasınadək mümkündür.
Öz maraqları müqabilində şeytanla belə əməkdaşlıq etməyə hazır olan AXCP sədrinin Müsavat başqanı ilə görüşü təəccüb doğurmur. Seçki ərəfəsində Kərimli kiminlə desən görüşə, danışa, əməkdaşlıq edə blər. Hətta dividend naminə Corc Soros kimi bir iblisin də qapısına gedən simasızlardan nə desən gözləmək olar. Amma tərəf-müqabili şeytanın özü də olsa, AXCP sədrinin güzəştə gedəcəyinə, mövqeyini və mənafeyini bölüşəcəyinə zərrə qədər güman yeri yoxdur. Bunu şeytan da bilir, elə A.Hacılı özü də. Maraqlıdır, belə olan təqdirdə, Hacılı Kərimlinin görüş təklifinə niyə razılaşıb? Axı, onun təkliflərini qarşı tərəf dəfələrlə rədd edib. Elə bu səbəbdən, Hacılının haqqı da var idi bu görüşdən və danışıqlardan imtina etsin. Amma niyə etmədi?

Müsavatda idarəetməni itirən başqan idarəetmə iqtidarında olmadığını yaxşı bilir

Müxalifət düşərgəsindən az da olsa, xəbəri olan kəs bilir ki, Hacılı təkbaşına heç kimdir. Bu gün Müsavat partiyasının başında dayanırsa, bu, onun yox, İ.Qəmbərin hünəridir. Müsavata başqan olaraq Hacılının təyin olnması İ.Qəmbərə sərf etdiyi üçün bu gün başqan odur. Ümumiyyətlə, eks-başqan olmadan Hacılının siyasi səhnədə fəaliyyəti bir yana, heç dayana bilməsi belə mümkünsüzdür. O daim İ.Qəmbərin qanadları altında olub və kölgəsinə güvənir. Müsavatın eks-başqanı olmadan hazırkı başqanı təsəvvür etmək belə mümkünsüzdür. Hətta İ.Qəmbər ola-ola heç bir müavin Hacılının sözünü və tapşırıqlarını hesaba qoymursa, deməli, birdən İ.Qəmbər harasa, məsələn, Almaniyaya mülicəyə, yaxud digər bir ölkəyə, başqa məqsədlə hara isə gedərsə, vay Hacılının halına. O, ən tez zamanda, nəinki Müsavatı, yaxud müxalifət düşərgəsini, hətta siyasi səhnəni də tərk edər.
Belə bir münbit şəraitdən istifadə etməyə can atan və bu yolda min bir hiylədən çəkinməyən Ə.Kərimli üçün A.Hacılı ilə görüşmək nə qədər maraqlı isə, başqan üçün də qarşı tərəfin mövqeyini və öz statusunu müəyyənləşdirmək, lazım gələrsə, sığortalanmaq bir o qədər vacibdir. Hazırda Müsavat partiyasının idarəetmə rıçaqını saxlaya bilməyən, idarəetməni itirən, idarəçilik bacarıqsızlığı üçbatından xaosun səbəbkarı olan başqan, bu dövləti idarə edə bilmək iqtidarında olmadığını özü hamıdan yaxşı bilir. Doğrudur, illər öncə, müxalifət liderlərinin hakimiyyəti avantüra ilə ələ keçirdiyi vaxtdakı fəaliyyətləri bəllidir və onların heç biri idarəetmə qabiliyyətinə, kadr potensialına və ictimai dəstəyə malik deyil. Amma A.Hacılı yaxşı bilir ki, kölgə olmadan, kiminsə qanadına sığınmadan Müsavat başqanı bir an belə dayanıqlıq nümayiş etdirə bilməyəcək. Elə bu səbəbdən də, Kərimlinin istifadə etdiyi nəzərdə tutulan Hacılı özü də İ.Qəmbərin sağlıq dürümünda problem olduğu bir məqamda, sığınmaq, istifadə etmək kimi bir vasitəyə və hiyləyə əl atır. Bir sözlə, tərəflər hər biri öz aləmində qarşı tərəfdən istifadə etdiyini düşünür və yararlanmağı planlaşdırır.
İctimaiyyət onların nə plan qurduğunu, nə hiylə işlətdiyini hesaba da almır və bu hiyləgərliklərinin işə yarayacağı mümkünsüzdür. Nə İ.Qəmbər, nə Ə.Kərimli, nə də A.Hacılı, bir də onların avantürist fəaliyyəti, hiyləgərliyi və xəyanətkarlığı bu xalqın yaddaşından silinə bilməz. Bir vaxtlar çirkin yollarla, hiylə ilə hakimiyyəti ələ keçirmiş bu ünsürlərin bacarıqsızlığı, uğursuzluğu və xəyanətkarlığı Azərbaycan xalqı üçün sirr deyil. Bundan sonra nə qədər hiylə işlətsələr də, biri-birinə və digərlərinə nə qədər kələk gəlməyi planlaşdırsalar da, bu siması bəlli olan kəslər tarixin tör-töküntüləri olaraq qalacaq.

İnam Hacıyev

Digər xəbərlər