Müxalifət

  • 15 542

İki radikal və anti-milli qütb bir arada

image

Və ya “Milli Şura” vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər

Azərbaycanda seçkiöncəsi ictimai-siyasi mühitin normal olması, qeydə alınmış prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin olmaması, xalqın seçki prosesini maraqla izləməsi və təqdir etməsi yerli və xarici anti-Azərbaycan qüvvələrin böyük narahatlığına səbəb olub. Xüsusilə, radikal dindarların bu kimi məsələlərdə canfəşanlıq göstərmələri diqqət çəkməkdədir. Belə ki, seçkiləri boykot edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha sübut edən “Milli Şura” adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin öz ağaları qarşısında yeni öhdəlik götürdüklərindən xəbər verir.

Bu xəyanətkar dairələr Azərbaycan xalqından qisas almağa cəhd göstərirlər

Xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itəaətsizliyinə səsləyən “Milli Şura” və Azərbaycanda “cihad” arzusunda olan radikal dindarları birlikdə fəaliyyət göstərməyə təşviq edən başlıca səbəblərdən biri isə söz yox ki, Azərbaycanda hakimiyyət-xalq vəhdəti və birliyi amildir. Məhz bu əzəli birlik istər xaricdəki, istərsə də daxildəki mənfur dairələrin ciddi təlaşına səbəb olmaqdadır. Bu baxımdan, onlar hər vəchlə bu sarsılmaz birliyə qarşı çıxış edərək, qaranlıq niyyətlərini reallaşdırmağa cəhdlər göstərirlər. radikal dindarlarla “Milli Şura”nın vahid koordinasiya mərkəzində bir araya gəlmələri də bunu ehtiva etməkdədir. Eyni zamanda, “Milli Şura” və radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitlik və tərəqqi üçün, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxlaması, hər zaman mütərəqqi ideyaların daşıyıcısı olduğu üçün qisas almaq istəyir.

Əli Kərimli bir-birinə zidd qütblər arasında manevrlər etməyə çalışır

O da əbəs deyil ki, İran prezidentinin Azərbaycana səfərinə iki gün qalmış, “Milli Şura” ilə radikal dindarlar tələm-tələsik bir araya gələrək vahid koordinasiya mərkəzi yaratdıqlarını elan edərək, guya öz planlarını reallaşdıracaqlarını sanıblar. Lakin sözügedən amil bir daha bu qüvvələrin Azərbaycan üçün nə qədər yad olduğunu və düşmən münasibəti bəslədiyini sübuta yetirmiş oldu.Başqa tərəfdən, görünən həm də budur ki, anti-Azərbaycan və anti-İslam fəaliyyəti ilə tanınan bəzi Qərb institutlarının müəyyən etdiyi istiqamət üzrə hərəkət edən AXCP sədri Əli Kərimli martın 31-də keçirəcəyi mitinqində radikal dindarların iştirakını təmin etmək məqsədilə bir-birinə zidd qütblər arasında manevr etməyə çalışır. Belə ki, bundan əvvəlki mitinqin biabırçılıqla, rüsvayçılıqla nəticələnməsi də onu bu addımı atmağa sövq edir.O cümlədən, “Milli Şura” və radikal dindarların başlıca hədəfələrindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərginlik yaratmaq, ölkəni döyüş poliqonuna çevirməkdir. Bu məqsədlə qarşıya qoyulan vəzifələrdən biri müxtəlif təxribatlar törədərək mümkün qədər çox mitinq iştirakçısının həbs olunmasına nail olmaqdır. Necə deyərlər, onlar vəziyyəti “öz xeyirlərinə” dəyişmək üçün indi də yuxarıda qeyd edilən cılız motivləri işə salmağa çalışırlar. Təbii ki, burada Tale Bağırzadənin “tilovuna” düşmüş avam dindarlar əsas alət olaraq işlədiləcək ki, onların radikallaşdırılmış düşüncələri Ə.Kərimlinin maraqları naminə istifadə olunmaq üçün nəzərdə tutulub. Bu isə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Ə.Kərimli ilə T.Bağırzadənin yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik seçkiöncəsi və seçkidən sonra Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir.

Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmirlər!

Digər yandan, bu gün belə bir hal sosial şəbəkələrdə də müşahidə olunmaqdadır. Daha doğrusu, Azərbaycanda heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “Milli Şura” və radikal dindarlar formalaşdırdıqları trollar dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərəli ideyaların yayılması ilə məşğul olurlar. Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmirlər. Bu barədə kifayət qədər sübutlar və dəlillər var.Artıq əminlklə demək olar ki, “Milli Şura” vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər. Bu iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi Azərbaycan xalqı üçün yaxşı heç nə vəd etmir. Bu baxımdan, xalqın iqtidarla sarsılmaz birliyi bu cür zərərli ünsürlərin ayaq açıb yürümələrinə əsla izn verməyəcək.

sia.az

Digər xəbərlər