Siyasət

  • 2 807

Mübariz Əhmədoğlu: “Aİ yenidən Ermənistana aldanmaq kursu götürüb” MÜNASİBƏT

image

“Ermənistanın iqtisadi inkişaf və investisiyalar nazirinin birinci müavini Qaregin Melkonyan Yerevanda keçirilən “Ermənistan-Aİ münasibətləri və onların perspektivləri” konfransında indiki dövr üçün sensasiyalı hesab oluna bilinən açıqlama verdi. Nazir müavinin fikrincə, Ermənistanla Aİ arasında olan müqavilə ciddi yenilənməyə məruz qalmalıdır. İndi bəlli olur ki, Aİ ilə assosiativ müqavilənin imzalanması vaxtının uzanması nəyə görə dəyişdirilir. Ona görə, Ermənistan rəsmilərinin davranışından belə başa düşmək olar ki, heç bu ilin noyabr, dekabrında da Ermənistanla Aİ arasında sənəd imzalanmayacaq. Sadəcə Aİ rəsmilərinin bu fonda optimist rəy bildirməsi görünür özlərinin korporativ maraqlarına xidmət edir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi F.Mogerini Brüsseldə Ermənistanın xarici işlər naziri E.Nalbandyanla görüşdə Ermənistanla əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə hazır olduğunu bildirdi: “Nalbandyan ölkəsinin “Şərq Tərəfdaşlığı Proqramının” məqsədlərinə həmişəki kimi sadiq qaldığını bildirdi. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin cari vəziyyəti də müzakirə edildi. Aİ-nin fikrincə, Dağlıq Qarabağ münaqişəsi regionunda "status-kvo" dayanıqlı deyil. Bu münaqişə sülh yolu ilə qısa müddət ərzində həllini tapmalıdır.Avroparlamentin beynəlxalq münasibətlər komissiyasının sədri Devid Makallister həm də deeskalasiyanın zəruriliyini bildirdi.D.Makallister region turnesi çərçivəsində Ermənistanda olarkən S.Sərkisyanla görüşdə ziddiyyətli mövqe nümayiş etdirdi. O, prezident S.Sərkisyanın indi Aİ ilə ambisiyalı müqavilə imzalamağa hazır olduğunu bildirdi. Makallister ən qısa zamanda S.Sərkisyanın yalanına inandığı üçün Ginnesin rekordlar kitabına düşə bilər. Müqavilənin imzalanması 2017-ci ilin dekabrına nəzərdə tutulub. 2016-cı ilin noyabrında bu müqavilə imzalanmalı idi.Makallister Ermənistanda vətəndaş cəmiyyəti təmsilçilərinin ona Ermənistanda əsas insan hüquq və azadlıqlarının pozulması, mətbuatın sıxışdırılmasına dair yeni məlumatlar verdiyini bildirdi.Aİ-nin Yerevandakı nümayəndəliyinin qrant proqramlarının koordinatoru Marine Papyanın seyfində 400 milyon dram və ya 800 min dollar pul aşkarlandı. Qrant proqramının koordinatorunun seyfindən belə yüksək məbləğ pulun çıxması Aİ-nin Ermənistan nümayəndəliyinin korrupsiya və ya rüşvətlə məşğul olduğunun aşkar sübutudur. Erməni xanım özbaşına elə böyük məbləği dövriyyədən çıxarıb, nağdlaşdırıb seyfdə saxlaya bilməzdi.Aİ Ermənistanın kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması üçün 13 milyon avro vəsait ayırmaqla kolleclər açmaq niyyətindədir. Eləcə də sərhədyanı regionlarda əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün 1,6 milyon avroluq layihələr reallaşdırmaqdadır.Aİ Ermənistanda korrupsiya ilə mübarizə aparan müstəqil orqanın yaradılması təklifi ilə çıxış etdi.P.Svitalski seçki üçün ayrılan vəsaitin effektiv xərcləndiyini bildirdi.Səfir P.Svitalskinin fikrincə, Ermənistanda insan hüquqlarının müdafiəsi sahəsində əlavə inkişafa ehtiyac var. Milli azlıqların dillərinin müdafiəsi üçün daha çox resurs sərf etməyə dair çağırışlar var.Avroparlamentin Litva, Niderland, Latviya, Estoniya və İsveçdən ibarət nümayəndə heyəti Ermənistanda oldu. Nümayəndə heyətinə Avroparlamentə sədrlik edən Slovakiyanın təmsilçisi səfir Duşan Daxo başçılıq edirdi. Slovakiya hal-hazırda Avroparlamentə sədrlik edir. Onun apardığı danışıqlardan belə başa düşmək olar ki, Aİ artıq Ermənistanla münasibətlərdən yenidən narahat olmağa və ya yenidən şübhələnməyə başlayıb. Avroparlamentin təmsilçiləri Xİ naziri E.Nalbandyan və digər rəsmilərlə görüş keçirdilər.Bu fonda Aİ-nin Ermənistandakı səfiri Svitalskinin dedikləri onun özünün şəxsi maraqlarına xidmət edir.Qısası, Aİ 2013-cü ilin 3 sentyabr hadisəsini təkrarlamağa çox yaxındır”.

sia.az

Digər xəbərlər