Siyasət

  • 2 681

Hər bir azərbaycanlının taleyində Ulu Öndər Heydər Əliyev dühasının bir zərrəsi var

image

YAP Cəlilabad rayon təşkilatının qərargahında gənclərlə 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir

Dünən YAP Cəlilabad rayon təşkilatının qərargahında gənclərlə 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə YAP Cəlilabad rayon təşkilatının sədri M.Mirxaslı açmış və qeyd etmişdir ki, 70 il ərzində imperiya nəzarəti altında yaşamağa məcbur olmuş Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, məlum səbəblər üzündən, bu niyyətini yalnız ötən əsrin sonlarında gerçəkləşdirmiş və 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etməyə nail olmuşdur: "O zaman dövlətçiliyin əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər hökm sürürdü. Bu, həm də o dövrdəki hakimiyyətdə yüksək vəzifələrdə çalışan bəzi məmurların xarici dövlətlərin təsiri altında hərəkət etməsi və antimilli mövqe tutması ilə dövlət müstəqilliyimizə ciddi zərbə vurulurdu. Bütün bu proseslərdən ölkəmizi xilas etmək üçün xalq Ulu Öndər Heydər Əliyevə müraciət etdi və Onun siyasi hakimiyyətə qayıtmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev öz xalqının səsinə səs verərək, 1993-cü il iyunun 9-da Bakıya gəldi. O, ölkədə yaranmış ağır vəziyyəti ətraflı təhlil edərək, çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını göstərdi və ağır vəziyyətdən çıxmaq üçün hamının birləşərək çalışması təklifini irəli sürdü. Öz xalqının çağırışına səs verən, ölkədəki xaos və anarxiya biganə qalmayan Ulu Öndər Heydər Əliyev hakimiyyətdə hökm sürən çox dərin böhranın aradan qaldırılması üçün konkret əməli fəaliyyətə başladı. Bir xeyli işlər gördükdən sonra Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçildi, bununla da, Azərbaycanda hakimiyyət böhranının aradan qaldırılmasının təməli qoyulmuş oldu".
Təşkilat sədri çıxışında bildirdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində, ölkə iqtisadiyyatının bütün sahələri üzrə inkişaf strategiyası işlənib-hazırlanmış və onun həyata keçirilməsinə başlanmışdır: "Ulu Öndər Heydər Əliyev ideyalarını gündəlik fəaliyyətində rəhbər tutan Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində, son 14 ildə ölkədə həyata keçirilən iqtisadi islahatlar ölkəmizin əsaslı surətdə iqtisadi inkişafının təmin olunmasına şərait yatmışdır ki, bu da respublikamızın hər bir vətəndaşında gələcəyə böyük inam və əminliyi daha da möhkəmləndirmişdir".
Tədbirdə çıxış edən Vüsal Kazımov, Günel Məmmədova, Elçin Hüseynov, Təranə Nəzərova, Ziya Quliyev və başqaları öz çıxışlarında qeyd etmişlər ki, Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar, artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir: "Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Ulu Öndər Heydər Əliyev dühasının bir zərrəsi var".
Çıxış edənlər, birmənalı şəkildə, bundan sonra da Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, bu ideyaların, müntəzəm olaraq öyrənilməsi və təbliği ilə məşğul olacaqlarını vurğulamışlar.

Rəfiqə

Digər xəbərlər