Siyasət

  • 5 250

YAP Sumqayıt şəhər təşkilatının konfransı keçirilib

image

İyunun 20-də YAP Sumqayıt şəhər təşkilatının IX konfransı keçirilib. Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini ehtiramla yad ediblər.Konfransda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilkatının sədri Asif İmaməliyev ötən dövr ərzində görülən işlər barədə məruzə ilə çıxış edərək hesabat verib.

Sonra gündəliyə müvafiq olaraq nəzarət təftiş qrupunun gördüyü işlər barədə hesabat konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzə ətrafında çıxış edənlər təşkilatın son konfransdan keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildiriblər.
Konfransda təşkilati məsələlərə də baxılıb.
Konfransda YAPSumqayıt şəhər təşkilatının yeni tərkibdə şurası, idarə heyəti və nəzarət təftiş qrupu seçilib.
Konfransda Ramiz Hüseynov YAP Sumqayıt şəhər təşkilatının sədri seçilib.
Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov geniş çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimai –siyasi həyatında oynadığı roldan və qarşıda duran vəzifələrdən danışıb.

sia.az

Digər xəbərlər