Siyasət

  • 3 373

Siyasi şərhçi: “Formula-1 turist axınının güclənməsinə səbəb olacaq” AÇIQLAMA

image

“İstər qlobal, istərsə də regional səviyyəli mədəni-kütləvi tədbirlərin, iqtisadi forumların, idman yarışlarının hər hansı ölkədə keçirilməsi birmənalı şəkildə o ölkənin reklamına böyük töhfə vermiş olur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, Azərbaycanda bugünlərdə başlayacaq Formula 1, ona qədərsə IV İslam Həmrəyliyi Oyunları, I Avropa Oyunları və çoxsaylı forumların keçirilməsi təbii ki, ölkəmizin tanıdılması üçün müstəsna əhəmiyyət kəsb edir: “Belə tanıdılma da öz növbəsində ölkəyə marağın artmasına, turist axınının güclənməsinə səbəb olur. Turistlərin marağının bizə yönəlməsi isə o deməkdir ki, Azərbaycanda yeni iş yerləri, ticarət və xidmət sektorunun daha intensiv işləməsi üçün zərurət yaranır. Yəni nəticə ona gətirib çıxarır ki, bir yandan dövlətin büdcəsinə əlavə vəsaitlər daxil olur, digər yandan da sadə insanımız üçün əlavə gəlir imkanları yaranır. Ona görə də mən hər zaman belə böyük tədbirlərin Azərbaycanda keçirilməsini alqışlayıram”.

sia.az

Digər xəbərlər