Siyasət

  • 7 101

"Müharibə qaçılmazdır"

image

Dağlıq Qarabağ münaqişənin həll edəcək tək qüvvə özümüzük"

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri bitməmiş erməni diversiya qrupu cəbhədə təxribat törətməyə cəhd etdi. İyunun 21-də işğalçı ölkənin diversiya qrupu növbəti təxribata cəhd edən zaman ciddi itkilərə məruz qalıb. Kəşfiyyat qrupunun bir nəfər üzvi Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilib. Ermənilərin bu cür təxribatlarının intensiv xarakter daşımasının səbəbi nədir? ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu dəfəki səfərinin də münaqişənin həllinə heç bir töhfə vermədiyini demək olarmı? Söhbət etdiyimiz müsahiblərimiz ermənilərin təxribatlarının onların itkilərinin sayıının qat-qat artmasına səbəb olacağını bildirdilər.

Millət vəkili Azər Badamov:

- Hər zaman ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri zamanı ermənilər genişmiqyaslı təxribatlara əl atırlar. İyunun 21-də düşmənin təxribat qrupunu aşkarlayan milli ordumuz diversiya qrupunu zərərsizləşdirmiş və bir nəfər kəşviyyarçını da əsir almışdır. Erməni kəşviyyatçısının etirafından da görünür ki, düşmən təxribatlar yaradaraq, həmsədrlərin diqqətini cəlb etməklə, təmas xəttində beynəlxalq nəzarətinin həyata keçirilməsinə nail olmaq və status-kvonu saxlamaq istəyirlər. Bəlkə də, erməni təxribatları havadarlarıyla razılaşdırılmış ssenari üzrə təşkil olunur və münaqişəni uzatmaq məqsəsi daşıyır. Amma ermənilər başa düşməlidir ki, bu həmişəlik belə davam edə bilməz . Azərbaycan Ordusu daha güclənir. Ermənilər Azərbaycan Ordusu qarşısında heç vaxt dayana bilməz. Düşünürəm ki, vəziyyət belə davam edərsə, müharibə qaçılmazdır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə haqqı var və bu, beynəlxalq normalara da uyğun gəlir. Mən inanmıram ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olsunlar. Əgər bu belə olmasaydı, münaqişə uzunmüdddətli olmazdı və ədalət öz yerini çoxdan tutmuşdu. ATƏT-in Minsk Qrupunun həmsədrləri vaxtaşırı regiona səfərləri ancaq rəsmiyyət xarakteri daşıyır. Yəni ATƏT-in Minsk Qrupu özünü münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstrərir. Amma bu, həqiqətən belə olsaydı, ATƏT Ermənistana hər hansı bir təzyiq göstərərdi. Təəssüf ki, bu, baş vermir. Əgər beynəlxalq ictimaiyyət Ermənistana təzyiqə başlanmazsa, münaqişənin sülh yolu ilə həllindən danışmaqdan söhbət gedə bilməz.
Siyasi şərhçi Azər Həsrət:
- Ermənilər cəbhədə təxribat törətməklə, yəqin ki, sonradan Azərbaycanı ittiham etmək üçün bəhanələr uydurmağı planlaşdırıblar. Amma Azərbaycan tərəfinin sayıqlığı nəticəsində, onların təxribatı hədəfinə çata bilmədi. Əksinə, özləri hədəfə tuş gəldilər və yəqin ki, biz bu imkandan uyğun şəkildə istifadə etməliyik. ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfərinə gəlincə, həmişəki fikrimdə qalıram: "Bunlar, sadəcə, turist səfəri edirlər, gəlib-gedirlər. Yəni Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı ortalıqda heç bir nəticə olmur və olacağına da inam yoxdur. Çünki ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər üçü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün deyil, öz mənafeləri üçün çalışır. Belə olan halda da, Dağlıq Qarabağ münaqişənin həll edəcək tək qüvvə özümüzük. Başqa cür mümkün deyil".

GÜLYANƏ

Digər xəbərlər