Siyasət

  • 4 159

Ekspert: “Prezidentin jurnalistlərə göstərdiyi etimad qürurverici idi” AÇIQLAMA

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin jurnalistlərə ev hədiyyə verməsi sözün hər mənasında unikal hadisədir. Daha 255 həmkarımız mənzillə təmin edildi. Onların arasında böyük əksəriyyətinin evi belə yox idi”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.Onun sözlərinə görə, digər tərəfdən bir çoxları acınacaqlı şəraitdə yaşayırdılar: “Bütün bunlar obyektiv nəzərə alındı. Açılışda cənab Prezidentin jurnalistlərə göstərdiyi etimad həqiqətən qürurverici idi. Bütün bunlar dövlətin mediaya olan münasibətinin bariz nümunəsidir.Son 1 həftədə daxildə və xaricdə olan bir qrup şəxs bu möhtəşəm layihəyə ləkə salmaq niyyətinə düşüblər. Ancaq gətirdikləri arqumentlər, söylədikləri fikirlər çox cılız və qərəzli olduğundan heç bir yükə malik olmadı”.

sia.az

Digər xəbərlər