Siyasət

  • 7 137

Azərbaycan-Rusiya münasibətləri yeni və daha yüksək müstəvidə

image

Soçi görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət etməkdədir
Bəlli olduğu kimi, iyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüş keçirib. Həmin görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə, regional və beynəlxalq məsələlər geniş müzakirə mövzusu olub.
Azərbaycanın və Rusiyanın dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirlməsi, inkişaf etdirilməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini və bəzi beynəlxalq dairələri
narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir

Fikir mübadilələri əsnasında, xüsusilə, vurğulanıb ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri (o cümlədən, Rusiyada müxtəlif dövlət orqanlarına soxulmuş və səlahiyyət əldə etmiş erməniləri, ermənipərəstləri) və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq qarşılıqlı münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə, dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq faktoru bu cür bənzər cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. Bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmamış və qarşıdan gələn dövrdə və heç bir nəticə verməyəcəkdir.

Mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi, xüsusilə vurğulanıb

Söz yox ki, Soçi görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması məsələsi daha geniş müstəvidə müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi, xüsusilə vurğulanıb.
Nəticədə, hər iki dövlət başçısı - İlham Əliyev və Vladimir Putin Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirməklə yanaşı, bunun üçün zəruri tədbirlərin görüləcəyini də diqqətə çatdırıblar. Beləliklə, görüşün nəticələrini təhlil edərkən, bir daha bilərik ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri və RF-nin dövlət rəhbəri Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət etməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər