Siyasət

  • 4 859

Azər Həsrət: “Hər bir insanımız Prezidenti özünə doğma, yaxın bilir” MÜNASİBƏT

image

“Cənab Prezident özünün sadəliyi, xalq adamı olmasıyla diqqət çəkir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, dövlət başçısı istər prezidentliyi dövründə, istərsə də ona qədərki dövrdə həmişə sadə insanlarla ünsiyyətdə olub, onların qayğılarını öz qayğıları kimi qəbul edib: “Ona görə də bütün siyasətini əhalinin rifah halının yaxşılaşdırılması, insanların firavan yaşaması istiqamətində qurub. Biz daim müşahidə edirik ki, o, hətta bayram və bazar günlərini belə insanların arasında keçirir, əhalinin problemlərini öyrənib həlli üçün göstərişlər verir. Yəni cənab Prezident bir xalq adamıdır, bizdən biridir və ona görə də hər bir insanımız onu özünə doğma, yaxın bilir”.

sia.az

Digər xəbərlər