Siyasət

  • 4 374

Deputat: “Ermənilərin daşı - daş üzərində qalmayacaq” MÜNASİBƏT

image

“Azərbaycanın apardığı düzgün beynəlxalq siyasəti sayəsində son vaxtlar işğalçı kimi tanınan və nüfuzdan düşən Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə, dinc sakinlərinə, uşaqlara atəş açmaqla yenidən gündəmə gəlmək istəyir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, hamı artıq bilir ki, erməni əsgərinin gücü ancaq dinc sakinlərə, azyaşlı uşaqlara çatır: “Onlar hələ də başa düşmürlər ki, az yaşlı uşaqlara xəsarət yetirməklə dünyada özlərinə nifrətini artırırlar. Həm də erməni quldurları Azərbaycan ordusunun gücündən xəbərdardır və bilirlər ki, bizim hərbi qüvvələrimiz istiqamətində hər hansı təxribat törədəndə özləri ağır itkilərə məruz qalırlar. Ona görə də ermənilər mülki insanları hədəf seçirlər. Bunu beynəlxalq təşkilatlar görməli və erməniyə qarşı tədbir görməyə hərəkətə keçməlidirlər. Çox təəsüüf ki, insan haqlarından, demokratiyadan, haqq-ədalətdən danışan bu təşkilatlar heç səsini də çıxarmırlar. Ermənilər də bundan istifadə edərək yaşayış məntəqələrimizi mütəmadi olaraq atəşə tutmaqda davam edirlər. Azərbaycan əsgəri heç vaxt mülki insanlara atəş açmayıb. Əgər ermənilərin yaşayış məntəqələrimizi hədəfə alması davam edərsə Azərbaycan da ermənilərin yaşayış məntəqələrini hədəfə almağa məcbur olacaq və onda ermənilərin daşı - daş üzərində qalmayacaq”.

sia.az

Digər xəbərlər