Siyasət

  • 4 559

Avrasiya İttifaqından çıxmaq Ermənistana baha başa gələcək -ANALİTİK

image

Mikael Zolyan: “Aprel müharibəsi Ermənistanın Avrasiya İttifaqına üzv olmaqla təhlükəsizliyini təmin edilməsi əfsanəsi üzərindən çarpaz xəttlər çəkdi”

“Ermənistan Avrasiya İttifaqından çıxa bilməyəcək o səbəbə görə ki, məhz həmin səbəbə görə ora daxil olmuşdu. Bu baş verərsə, Rusiya ilə ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Avrasiya İttifaqına daxil olmaq siyasi qərar idi və Ermənistanın siyasi elitasının maraqlarını və Ermənistanın təhlükəsizliyini təmin edirdi”. SİA xəbər verir ki, bu barədə erməni mətbuatına (1in.am saytına) politoloq Mikael Zolyan danışıb. Politoloqa görə, Ermənistanın siyasi elitasının davranışlarının təməlində həqiqətən də Moskvadan qaynaqlanan risk faktorları mövcuddur, baxmayaraq ki, bu risklər realdır, yaxud əksinə.Zolyan onu da bildirir ki, Ermənistanın siyasi elitasını Qarabağ məsələsi də qayğılandırır, hərgah onlarda dövlətçilik düşüncəsi qalıbsa. Daha dəqiq desək, hakimiyyət öz yerini qorumaqdan və şəxsi təhlükəsizliyini təmin etməkdən ötrü bu məsələni diqqətində saxlayır. Belə ki, politoloq hakimiyyətin düşüncəsinin analitikasını apararaq onu da demək istəyir ki, əgər Ermənistan Avrasiya İttifaqına daxil olmasayı, yaxud yaxınlarda Avrasiya İttifaqının sıralarını tərk etmək qərarını verərsə yenə də Qarabağı (işağal etdiyi Azərbaycan ərazilərini –R.N.) itirmək məsələsi gündəmə gələcəkdi.Mikael Zolyan fikirlərinə əlavə olaraq qeyd edir ki, erməni ictimai rəyi uzun müddət bu versiyaya inanırdı, halbuki Ermənistan Avrasiya İttifaqına üzv olduqdan sonra Rusiya intensiv qaydada Azərbaycanı silahlandırmağa davam edib. Həmçinin, politoloq buna misal kimi 2016-cı ilin aprel müharibəsini göstərib: “Aprel müharibəsi Ermənistanın Avrasiya İttifaqına üzv olmaqla təhlükəsizliyini təmin edilməsi əfsanəsinin üzərindən çarpaz xəttlər çəkdi”.
“1994-cü ildən bu tərəfə erməni tərəfi ilk dəfə ərazi itkilərinə məruz qalıb”
Zolyan da digər erməni politoloqları kimi inandırıcı olmayan iddia irəli sürüb ki, guya Azərbaycan Rusiya kart-blanşı sayəsində müharibəyə başlayıb və s. Ancaq etiraf etməyi də unutmayıb ki, 1994-cü ildən bu tərəfə erməni tərəfi ilk dəfə ərazi itkilərinə məruz qalıb. Ona görə də, siyasi ekpert status-kvonun saxlanılmasını və tükdən asılı qalan təhlükəsizliyin qorunmasını Ermənistanın Avrasiya İttifaqına üzv olması ilə əlaqələndirmir və bildirir ki, yeni total müharibənin başlamamasına səbəb erməni dipomatlarının qərbli ortaqlarının sayəsindədir: “Qaldı ki, Avrasiya İttifaqına, artıq o bir mifdir, əksinə bu qurum Ermənistanın suverenliyini məhdudlaşdırır və Moskvanın bizim maraqlarımızın hesabına Bakı ilə bazarlaşmasına şərait yaradır”.Mikael Zolyan Avrasiya İttifaqına üzv olan Ermənistanın daxili siyasətinə də nəzər salaraq bildirib ki, əgər hakimiyyət kriminal-oliqarxlardan təşkil olunubsa, demək o həqiqətən də Rusiyanın xeyir-duası olmadan yaşaya bilməz. Məhz bu məntiqlə yanaşdıqda deyə bilərik ki, hakimiyyət Ermənistanın rus “göbəyini” kəsib-ata bilmir: “Hakimiyyətə iddialı olan və dəyişilməyən eyni müxalifət xadimləri də Kremlin onları əzizləməsinə arxayındırlar, eyni zamanda Ermənistanın dekolonizasiyasına qarşıdırlar, həmçinin hakimiyyətin demokratikləşməsini hədəfləmirlər, ona görə ki, əgər ictimai resurslara arxayın olarlarsa, bu zaman dəqiq olaraq “çarın (Rusiyanın prezidenti Vladimir Putin nəzərdə tutulur-R.N.) əlini öpə biıməyəcəklər”
“Serj Sarkisyan 2013-cü ildə Ermənistanı Avrasiya yolu ilə ona görə apardı ki, o yeni “27 oktyabr”ın baş verməsindən ehtiyat edirdi”
“Bununla, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü bir növ indikator rolunu oynayır”-deyə qeyd edən Zolyan hesab edir ki, hansı xadimlər dekoloniyalaşdırılmanın əleyhinədirlərsə, demək onlar da kriminal-oliqarxiya sistemini hədəfləyir və ona nəzarət etmək istəyirlər: “Belə bir fikir də var ki, Serj Sarkisyan 2013-cü ildə Ermənistanı Avrasiya yolu ilə ona görə apardı ki, o yeni “27 oktyabr”ın baş verməsindən ehtiyat edirdi. Hətta deyirlər ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd olmuş Paruyr Ayrikyana qarşı törədilmiş sui-qəsd Serj Sarqsyana göndərilmiş ismarınc idi. Mümkündür ki, yeni “27 oktyabr” hadisələrinin yaşanmaması üçün siyasi qüvvələr Ermənistanın Avrasiya İttifaqından çıxması məsələsində tərəddüdə yol verirlər”.Bu nöqteyi-nəzərdən, baş verən prosesləri izləyərkən, həm də qənaətə gələ bilərik ki, Ermənistanın Avrasiya İttifaqından çıxması bu vassal ölkəyə çox baha başa gələ bilər. İstər ölkə daxilində, istərsə də Qarabağ cəbhəsində hər şey onların istədikləri kimi davam etməyəcək. Görünür, bu səbəbdən, Zolyan öz fikirlərinin sonunda belə bir proqnoz irəli sürüb ki, ermənilər “Moskvanın təxribatlarının” qarşısını almaqdan ötrü Ermənistan üzərində olan Rusiya təsirini minimuma endirməyə müvəffəq olmalıdırlar.
“Ya Moskvaya arxalanırlar, ya da Moskvadan gələn biləcək hər şeydən qorxurlar”
“Əgər bizim siyasi proseslər kölgədən çıxarılarsa, yəni proseslərin iştirakçısı cəmiyyət olarsa problemlərin öhdəsindən gəlmək mümkündür”-deyən erməni politoloqu əslində bu proqnozunun reallaşmayacağını özü də yaxşı anlayır. Ona görə də davam olaraq bildirir ki, problem siyasi sistem sarıdan faktiki olaraq imperativ demokratikləşməyə dayanır və sistemin buna hazır deyil. “Son günlər Avrasiya İttifaqı ətrafında aparılan müzakirələr diqqətçəkici nəticəyə gətirib-çıxarıb. Ermənistanın həm hakimiyyətində həm də müxalifətində Avrasiya İttifaqının birmənalı dəstəkləyiciləri yoxdur: bizdə öz maraqları və öz səmərələrinə hesablanmış elita mövcuddur ki, onlar ya Moskvaya arxalanırlar, ya da Moskvadan gələn biləcək hər şeydən qorxurlar”.Beləliklə, erməni politoloqu Mikael Zolyan öz fikirlərini irəli sürərkən, Ermənistanın istər hakimiyyət, istərsə də müxalifət tərəfindən dalana dirəndiyini və çıxış yolunun qalmadığını demək istəyib.

sia.az

Digər xəbərlər