Siyasət

  • 7 099

Sərhəd Mühafizəsinin yaranmasından 98 il ötür

image

Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, vətən sərhəddən başlayır. Sərhəd hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biridir. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi – bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır. Hər bir ölkənin sərhədinin toxunulmazlığı həm ölkə üçün, həm də beynəlxalq hüquq normaları üçün əsas prinsiplərdən biridir. Bu gün Sərhəd Qoşunlarımız özünün həm döyüş qabiliyyətinə, həm hazırlığına, həm də maddi-texniki imkanlarına görə nəinki postsovet coğrafiyasında, hətta regionda ilk yerlərdə dayanır. Bir çox ölkələrin, başda Türkiyə olmaqla model olaraq öyrənib tətbiqinə hazırlaşdığı Azərbaycan Sərhəd Mühafizəsi (DSX) Sərhəd Qoşunları, Sahil Mühafizəsi, Çevik Qüvvələr və sərhəd nəzarətindən ibarətdir. Qoşunların istifadəsində ən müasir silah və döyüş texnikaları yer alır.Bu gün sərhədçilərimiz sutkanın 24 saatı, hər cür hava şəraitində quruda və dənizdə dövlət sərhədlərimizin fasiləsiz mühafizəsini təşkil edirlər. Xəzər dənizinin ən dərin sahəsindən Şahdağ və Bazardüzü kimi ən hüdür nöqtələrədək sərhədçilərimiz xidmət aparır.Sorğular göstərir ki, Sərhəd Qoşunları Azərbaycanda 7-dən 77-yə vətəndaşların ən çox inandığı hərbi qurumdur. Qayda-qanun, nizam intizam, təminat-təchizat qoşunlarda hər zaman diqqət mərkəzində olub.Sərhəd Qoşunlarının rəhbərliyinin prinsipial mövqeyi və qoşunların hazırlıq səviyyəsi bu günədək sərhədlərimizdə yaşanan onlarla problemin önlənməsində səbəb olub.Sərhəd Qoşunlarımızın bir prinsipi var: Sərhədlərimizə dost məqsədi ilə yanaşanlar dostumuz, silahla, xəyanət məqsədi ilə yanaşanlar isə düşmənimizdir. Qeyd edək ki, sonunculara cavab öz dillərində verilir.Azərbaycanda bu gün ictimaiyyətə ən açıq yer ordudur. Çünki hər birimizin ailəsindən, yaxınlarından hər il orduda xidmət edənlər olur. Valideynlər ordu ilə mütəmadi təmasdadır, orada baş verənləri bilirlər. Bu baxımdan insanlarımızın Sərhəd Qoşunlarını seçməsi oradakı vəziyyətin göstəricisidir. Ordudan ayrılan onlarla, yüzlərlə zabit bu gün Sərhəd Qoşunlarında öz xidmətlərini davam etdirirlər.-DSX həm də mütərəqqi ideayalara açıq hərbi qurumdur. Azərbaycanda valideyn günü (açıq qapı) ilk dəfə Sərhəd Qoşunlarında tətbiq edilib. Eləcə də DSX müxtəlif ictimai layihələri reallaşdırıb.Sərhəd Qoşunlarımızda ömrünün yarıdan çoxunu məhz sərhəd mühafizəsinə, sərhəd təhlükəsizliyinə həsr etmiş peşəkar zabit heyəti xidmət edir. Sərhəd Qoşunlarında onların təcrübəsindən ehtiyata və istefaya çıxandan sonra da yararlanılır. Sələflərə hörmət ənənəsi mövcuddur.Sərhədçi peşəsi şərəfli, ləyaqətli bir peşədir. Bayramınız mübarək əziz sərhədçilər! Gün o gün olsun üçrəngli bayrağımızı işğal altındakı dövlət sərhədlərimizdə dalğalandıraq.

sia.az

Digər xəbərlər