Siyasət

  • 2 805

Elçin Əhmədov: “Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir” AÇIQLAMA

image

“Bu gün Azərbaycan çox çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eləcə də Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı, o cümlədən Avropa İttifaqı ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir”. Bunu SİA-ya açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının Sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər çox mühüm əhəmiyyət kəsb edir: “Çünki Avropa İttifaqı ilə bizim əməkdaşlığa gəldikdə deyə bilərəm ki, enerji sahəsində əməkdaşlığımız çox genişdir. Azərbaycan artıq dünyada enerji ehtiyatları, eləcə də şaxələndirilmiş ixrac potensialı olan bir ölkə kimi tanınır. Bununla belə Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin enerji balansında Azərbaycan neftinin payı 25-30 faizdir. Azərbaycan təbii qazının da dünyaya çatdırılmasında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan çox önəmli rol oynayır. Ölkəmiz heç şübhəsiz ki, həm özünün, həm də Avropanın yüz il ərzində enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan da Cənub Qaz dəhlizi layihəsində də aparıcı rola malikdir. Cənab Prezidentin fevral ayında Brüsselə səfəri də onu göstərdi ki, imzalanan saziş ikitərəfli münasibətlərin genişlənməsinə təkan verəcəkdir”.

sia.az

Digər xəbərlər