Siyasət

  • 2 776

Aydın Mirzəzadə: “Həmsədrlərin səfərinin kiçik müsbət nəticəsi var” AÇIQLAMA

image

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin müəyyən kiçik bir müsbət nəticəsi var. O da Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünün təşkil edilməsi barəsində razılığın əldə olunmasıdır. Nəzərə alsaq ki, Azərbaycan protokol naminə görüşlərdən həmişə imtina edib, ancaq ortada müəyyən bir nəticələr olduqda, eləcə də hansısa konstruktiv təklifi müzakirə etmək mümkün olduqda razılıq verib. Bu o deməkdir ki, gözlənilən görüşdə artıq nəyisə müzakirə etmək olar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, həmçinin Azərbaycan Prezidentinin ölkəmizin maraqlarından irəli gələn Dağlıq Qarabağ barəsində mövqeyini növbəti dəfə dünyanın üç böyük dövlətinin nəzərinə çatdırması, Azərbaycanın xarici siyasətinin vacib bir nəticəsi kimi də qəbul etmək olar. Azərbaycanın ərazi bütövlüyünün itirilməsi ilə heç vaxt razılaşmayacağını və problemin həllinin ancaq Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb etməsi artıq dünya ictimaiyyəti üçün gün kimi aydındır. Təbii ki, Ermənistan da bu vəziyyətin artıq onun xeyrinə olmadığını, problemin həllində Azərbaycan mövqeyinin nəzərə alınmasının müəyyən qədər nəticəsinə gəlmiş olur.Hər halda qarşıdakı görüşdə müəyyən ümidlər var və problem həll edilməlidir. Bunu gələcək nəsillərə saxlamaq çox böyük səhv olardı. Azərbaycan öz tərəfindən bunun üçün hər şeyi edir”.

sia.az

Digər xəbərlər