Kibercinayətkarlıq mövzusunda regional konfrans keçirilib

Bu gün Bakıda kibercinayətkarlıq mövzusunda regional konfrans keçirilib.SİA-nın verdiyi məlumata görə, Avropa Şurası (AŞ), Avropa İttifaqı (Aİ), Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın iştirakçı qatılıb.Tədbiri giriş sözü ilə açan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev konfransın əhəmiyyətindən və kibercinayətkarlığa qarşı mübarizədən danışıb.K.Əliyev bildirib ki, kibercinayətkarlıq ən təhlükəli cinayətlərdən biridir. O qeyd edib ki, internet dövrünün, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə kibercinayətkarlıq ən aktual məsələlərdən biridir.K.Əliyev vurğulayıb ki, Azərbaycanda cinayətkarlığın bütün növlərinə qarşı, o cümlədən kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır.İdarə rəisi bildirib ki, kibercinayətkarlıq bir neçə ölkə vasitəsilə törədiləndə daha təhlükəli olur: “Ona görə də Azərbaycan kibercinayətkarlığa qarşı beynəlxalq konvensiyaya qoşulub. Gələcəkdə də Azərbaycan cinayətkarlığın bütün növlərinə, o cümlədən kibercinayətkarlığa qarşı ciddi mübarizə aparmaq əzmindədir və bu sahədə əməkdaşlığa böyük önəm verir”.

sia.az