Siyasət

  • 4 310

"Növbəti görüşdə Rusiyanın irəli sürdüyü təkliflər müzakirə mövzusu olacaq" AÇIQLAMA

image

“Artıq həm ABŞ, həm Fransa, həm də Rusiya Azərbaycandakı real vəziyyəti, ölkəmizin çox mühüm hərbi texniki üstünlüklər qazandığını yaxşı bilirlər. Həmsədrlər anlayır ki, əgər diplomatik vasitələr tamamilə sıfıra ensə, bu, toqquşma ehtimalını artıracaq. Ona görə də hazırda biz beynəlxalq vasitəçilərin fəallığını görməkdəyik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.Deputat bildirib ki, həmsədrlər Ağ ev, Paris tərəfindən irəli sürülən təşəbbüslərin gerçəkləşməyəcəyi təqdirdə aprel döyüşlərindən daha şiddətli, geniş miqyaslı, texniki və fiziki insan qüvvələrinin daha çox iştirak etdiyi bir silahlı eskalasiyanı qarşılarında görə biləcəklərinin fərqindədirlər: “Ona görə də düşünürəm ki, Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşündə Rusiyanın irəli sürdüyü təkliflər müzakirə mövzusu olacaq. Dövlət başçıları növbəti danışıqlarda ötən müddət ərzində tamamilə uzaqlaşmış mövqeləri bir qədər ayrı-ayrı komponentlər, tezislərlə yaxınlaşdırmağa çalışacaqlar. Həmçinin ən azı təmas xəttinə yaxın ərazilərdən ağır silahların bir məsafə qədər geri çıxarılması, eyni zamanda monitorinq missiyaları ilə bağlı məsələlər müzakirə mövzusu ola bilər”.Z. Orucun sözlərinə görə, dövlət başçılarının növbəti görüşündə Dağlıq Qarabağ probleminin həlli ilə yanaşı, daha çox gərginliyin azaldılması ilə bağlı məsələlər müzakirə olunacaq: “Danışıqlarda həmçinin sülh sazişinin ətrafında işləmək üçün xarici işlər nazirlərinə növbəti tapşırıqlar veriləcək”.“Amma unutmayaq ki, Serj Sarkisyanın prezident statusunda bu danışıqlarda iştirak etmək limiti başa çatır. Orada artıq hakimiyyət tranziti baş verməlidir. Çünki Ermənistanda parlamentli respublika formasına keçid edilib”-deyə, deputat əlavə edib.

sia.az

Digər xəbərlər