Siyasət

  • 3 342

Siyasi şərhçi: “Ermənistan əməldə tamam başqa işlə məşğuldur” MÜNASİBƏT

image

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü uzun fasilədən sonra baş tutdu. Ötən ilin aprel hadisələrindən sonra Ermənistanda bir qədər boğazdan yuxarı bəyanatlar səslənirdi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti, dövləti və xalqı da həmişə sülh yolu ilə münaqişənin həllində maraqlı olduğunu əməldə göstərib: "Yəni biz bunu söz olaraq demirik. Təbii ki, Ermənistan isə bunu söz olaraq deyir. İndi bu görüşün baş tutması, hətta heç kimin iştirakı olmadan prezidentlərin təkbətək görüşməsi düşünürəm ki, məsələnin pozitiv tərəfidir. Çünki mən başa düşürəm ki, Ermənistan prezidentinin və Azərbaycan Prezidentinin öz mövqeyi var. Bu məsələnin önəmli tərəfidir. Digər tərəfdən biz Ermənistan mediasını mütəmadi izləyirik. Görürük ki, onlar sözdə bir şey deyib, əməldə tamam başqa işlə məşğuldurlar. Yəni nə baş verir. Tutaq ki, bunlar dünyaya car çəkirlər biz sülh yolu ilə münaqişəni həll etməyə meylliyik. Amma əməldə onu görürük ki, Ermənistan mediası, ictimai rəyi Azərbaycana qarşı, azərbaycanlılara, ümumiyyətlə isə türklərə qarşı düşmənçilik meylləri baş alıb gedir. Yəni bu nə deməkdir. Bu o deməkdir ki, Ermənistan hazırki şəraitdə münaqişənin sülh yolu ilə həllinə hazır deyil. Burada isə Azərbaycan bir yerə qədər dözəcək. Ondan sonra biz bu məsələni öz bildiyimiz üsullarla həll etməli olacayıq".

siaşaz

Digər xəbərlər