Siyasət

  • 4 654

"Rusiya Ermənistana ona görə silah verir ki, onu nəzarəti altında saxlasın"

image

"Ermənistan müstəqil ölkə deyil ki, müstəqil siyasət yürütsün. Ermənistan Rusiyanın planlarını Cənubi Qafqazda reallaşdırmaq üçün son vasitədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Rusiya Ermənistana ona görə silah verir ki, onu nəzarətdə saxlasın: "Buradan belə çıxır ki, Rusiyanın Ermənistana silah verməsi heç də müharibənin qızışdırması məqsədi ilə etmir. Çünki, Rusiya Azərbaycanın hərbi gücündən xəbərdardır və əgər müharibə baş verərsə ermənilər Azərbaycanın hərbi potensialı qarşısında aciz qalacaqlar. Biz məlum aprel döyüşlərində bunun bir daha şahidi olduq. Bu döyüşlərdə vəziyyətin mürəkkəbləşdiyini görən Sarkisyan müharibəni dayandırmaq üçün Rusiya prezidentin yanına getmişdi. Düşünürəm ki, Ermənistana silah verməkdə Rusiyanın yeganə məqsədi Cənubi Qafqaz regionunda gərginliyin uzun müddət saxlamaq istəyidir. Əgər müharibə baş verərsə, Rusiya Ermənistana hərbi dəstək verməyəcək . Biz bunu uzaq şərqdə baş verən müharibələr də görmüşük. Əgər Sarkisyan və onun ətrafı bunu vaxtında dərk etsə işğala son qoyar , günahsız itgilərin qarşısı alınar, regionda sabitlik bərpa olunar və bununla da Ermənistan öz iqtisadiyyatını normal inkişaf etdirmək imkanını əldə edər".

sia.az

Digər xəbərlər