Siyasət

  • 4 915

Musa Quliyev: “Xalq YAP-a böyük etimad göstərir” AÇIQLAMA

image

“Yeni Azərbaycan Partiyası (YAP) zamanın, dövrün tələbindən yaranmış bir partiyadır. Əslində YAP Azərbaycanın xilası naminə yaranıb və bu missiyanı layiqincə yerinə yetirib”. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, YAP Azərbaycan tarixində ən böyük rol oynamış bir siyasi hərəkat, siyasi təşkilatdır: “Ümumilli Lider Heydər Əliyevə Azərbaycan xalqının inamı və Azərbaycan xalqının xilas yolunun Ulu Öndərin rəhbərliyi altında təşkilatlanmaqda görməsi ölkəmizin müstəqillik illərində parçalanmaqdan, məhv olmaqdan qurtarmaq üçün xalqın göstərdiyi səylər YAP-ın yaranmasına səbəb olmuşdu. O zamanlar Azərbaycanın müxtəlif regionlarında yaşayan ziyalılar, vətənpərvər insanlar Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər ki, belə bir qurum yaransın. Təbii ki, bu məşhur “91-lər” hərəkatı də belə yarandı. Nəhayət Naxçıvan Muxtar Respublikasında 25 il bundan öncə partiya təsis olundu. Təsis olunduğu ilk etapdan sonra isə Azərbaycanın ictimai-siyasi mühitinə yeni bir ab-hava gətirdi.YAP Azərbaycanda siyasi mübarizə mədəniyyətinin başlanğıcını qoyan bir partiya oldu. YAP yaranandan müxalifət partiyası kimi yaransa da heç vaxt dövlətçiliyə qarşı, Azərbaycanın qanunlarına qarşı, milli maraqlara qarşı müxalifətdə dayanmadı. YAP yaranan gündən Azərbaycanın bütövlüyünü, müstəqilliyini, milli maraqlarını önə çıxardı və bu yolda sivil siyasi yolla mübarizə aparacağını bəyan etdi. Ümummilli Lider 1993-cü ilin 15 iyununda xalqın qurtarıcı bir missiyasını öz üzərinə götürdü, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı və Azərbaycanda yenidən rəhbərliyə başladı. Sonrakı dövrdə isə 1995-ci ildə parlamentə keçirilən seçkilərdə YAP səslərin böyük əksəriyyətini qazanaraq parlament yerlərinin böyük əksəriyyətini götürdü və iqtidar partiyasına çevrildi. Həmin dövrdən bu yana keçirilən bütün seçkilərdə (istər bələdiyyə, parlament, istərsə də prezident seçkilərində) YAP qalib gəlib.Partiya xalqın ona inamını ilbəil doğruldur, artırır və xalq da bu partiyaya etimad göstərir. Həmin dövrdən başlayaraq YAP Azərbaycanın dövlət quruculuğunun sükanı arxasına keçdi və uğurla Azərbaycanda müasir, sivil, hüquqi, demokratik və inkişaf etmiş bir dövlətin qurulmasına nail oldu. Heç şübhəsiz ki, dövlət quruculuğunda, dövlətin inkişafında, onun iqtisadi, sosial problemlərinin həllində əhalinin bütün hissəsi iştirak edir. YAP-ın məhz rəhbərliyi altında Azərbaycan qısa müddət ərzində təxminən 20 il ərzində tarixi bir yol keçdi və Azərbaycan komsos dövlətinə çevrildi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycan dünyanın bir çox regional layihələrinin təşkilatçısı və iştirakçısı oldu”.

sia.az

Digər xəbərlər