Siyasət

  • 665

COP 29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük etimadın göstəricisidir ŞƏRH

image

Cari ilin aprel ayının 23-də Bakıda ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum dünya dövlətlərinin diqqət mərkəzindədir.

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır.Forumun mövzusundan da aydın olduğu kimi, Azərbaycanın noyabr ayında COP29-a ev sahibliyi ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olmasının göstəricidir. Ölkə başçısı İlham Əliyev forumdakı çıxışında COP29-un Azərbaycanda keçirilməsinin önəmindən bəhs edərık bildirdi ki, əlbəttə, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Cənab İlham Əliyev beynəlxalq ekspert, ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayzanın sualına cavabında bu mühüm məqama da diqqəti yönəltdi ki, iqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istərdik. Eyni zamanda, bu, fikirlərimizi söyləmək üçün fürsət olacaq. Dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Ev sahibi olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edirik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edirlər. Foruma qatılan iştirakçıların rəylərində də Azərbaycanın uğurları təqdir edildi. Vurğulandı ki, cənab İlham Əliyevin söylədikləri Azərbaycanın müstəqillik illərində nə qədər irəlilədiyini, ən əsası Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib və son zamanlar bütün nailiyyətlər, əlbəttə ki, ölkəmizin nüfuzunun artmaqda davam etməsi və Azərbaycanın yüksək səviyyəyə yüksəlməsi ilə bağlıdır. COP29-un keçirilməsinin Azərbaycana həvalə olunması beynəlxalq ictimaiyyətin Azərbaycanın potensialını çox yüksək qiymətləndirdiyini təsdiqləyir.
Qeyd edək ki, ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbir Azərbaycan haqqında dolğun məlumatların, həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarından bəhs etməsin. Forumda Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi də diqqət göstərilən və müzakirə olunan məsələlər sırasında oldu. Dövlət başçısı bildirdi ki, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. Hətta, sazişin layihəsi hazır ola bilər. O da qeyd edildi ki, sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. İndi sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır.
Prezident İlham Əliyevin forumdakı çıxışında səsləndirdiyi hər bir fikir gələcəyimizlə bağlı çağırışdır. Azərbaycanın hər dövrün tələblərini özündə ehtiva edən təkmil siyasət həyata keçirməsi hədəflərə zamanında nail olmasına stimul verir. Bugünün ən aktual məsələrindən biri məhz iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə fəal olmaq, töhfələr verməkdir. COP29 Azərbaycanın, eyni zamanda, iştirakçı ölkələrin bu sahədə hansı imkanlara malik olduqlarına, həmçinin hansı töhfələri verəcəklərini üzə çıxarmaqla yeni əməkdaşlıq münasibətlərinin yaradılmasına imkan verəcək.

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər