Siyasət

  • 447

Əli Kərimli nasistlərə xidmət etməyi Rusiyaya rəğbətdən üstün hesab edir ANALİZ

image

Dövlətimiz gücləndikcə və uğurları artdıqca daxili və xarici məkrli qüvvələrin də narahatlığı artmağa başlayır. Onlar bu uğurlara kölgə salmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. Dağıdıcı müxalifətin mitinq planlaşdırması da Azərbaycan əldə etdiyi möhtəşəm nailiyyətləri polislə qarşıdurmalar yaratmaqla, şəhərin müxtəlif küçə və meydanlarında təxribatlar törətməklə zədələməyə çalışırlar. Son günlər Əli Kərimlinin, Cəmil Həsənlinin, Fuad Qəhrəmanlının, Seymur Həzinin, Gültəkin Hacıbəylinin və digərlərinin sosial şəbəkələr vasitəsi ilə qərəzli, şər və böhtan xarakterli məlumatlarının sayını artırmaları, məhz planlaşdırılan təxribatlara zəmin yaratmaqdır. Çox vaxtı dəxli olmayan, mövzudan uzaq olan fikirlər səsləndirib, mövqe ifadə edirlər. Əli Kərimli, Fuad Qəhrəmanlı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri indi də deyirlər ki, “Sərbəst toplaşmaq azadlığı pozulur”, “Ölkədə siyasi məhbuslar var” və bu kimi digər cəfəng iddialar irəli sürüb, fikirlər səsləndirirlər. Bəzən sayıqlamağa söz tapmadığından “Zəngəzur dəhlizi” mövzusundan danışırlar, deyirlər ki, Zəngəzur dəhlizi nə zaman açılacaq, Bundan əvvəl özlərini ağıllı göstərməyə çalışaraq bildirirdilər ki, rus sülhməramlıları nə zaman Qarabağdan çıxacaq, niyə Qazağın işğalda olan 4 kəndi qaytarılmır. Lakin bu Sorosun sehirli çubuğu ilə idarə olunan məxluqlar anlamırdılar ki, hər şeyin zamana ehtiyacı var. Digər tərəfdən “Nəyi, necə və nə vaxt etməyi” Fateh Sərkərdə, Prezident İlham Əliyev bilir. Məhz Onun bildiyi zamanda Azərbaycanın 4 kəndi qaytarıldı və bölgədə müvəqqəti yerləşdirilən Rusiyanın hərbi kontingentinin ərazidən çıxarılmasına başlanıldı. Bu gün artıq Azərbaycanın ərazi məsələsi ilə bağlı heç bir problem yoxdur. Bütün məsələlər ölkəmizin maraqları çərçivəsində öz həllini tapıb.

Əli Kərimlinin gündəlik ifadə etdiyi fəaliyyət şər və böhtanlardan ibarətdir

Cəfəng, mənasız, yersiz fikirlərlə çıxışlar edib, özünü məlumatlı şəxs kimi təqdim etməyə çalışan Ə.Kərimli əslində, ölkəmizin əldə etdiyi son siyasi, diplomatik qələbə ilə heç nə bilmədiyini nümayiş etdirmiş oldu. Əgər onda az da olsa siyasi mədəniyyət, etik qabiliyyət olsaydı, etdiyi mənasız açıqlamalara, fikirlərə görə xalqdan üzr istəyərdi. Lakin göründüyü kimi, Ə.Kərimlinin və ətrafında dolaşan trolların elə bir siyasi mədəniyyət qabiliyyətləri yoxdur. Əksinə, daha həyasız və abırsız formada üz qırmızılıqlarını edirlər. Qənimət Zahidin internet TV-sinə açıqlamasında Ə.Kərimli iddia edir: “o əmin deyil ki, Rusiyanın hərbi kontingenti ərazidən tamamilə çıxsın”. Göründüyü kimi, bu məxluq son məqamda belə pozucu əməllərindən əl çəkmir. Rusiya hərbi kontingentinin böyük hissəsi Qarabağı tərk etdiyi halda, bu məxluq yenə də sayıqlama xarakterli fikirlər səsləndirir. Bununla onun siyasi biliklərinin, xüsusilə də siyasi analizlərinin əməkdaşlıq etdiyi Avropadakı anti-Azərbaycan dairələrin fikirlərindən fərqlənmədiyini göstərir. Bir qədər əvvəl də Ə.Kərimli eyni nağılları səsləndirirdi, deyirdi ki, Rusiya hərbi kontingenti Qarabağdan çıxmayacaq. Həm də iddialı şəkildə dezinformasiya yaymağa çalışırdı ki, guya Ermənistanın arxasında Avropanın aparıcı güc mərkəzləri dayandığı üçün Qazağın işğal altında olan 4 kəndi qaytarılmayacaq. Lakin Ə.Kərimlinin xəyalları elə xəyal olaraq qaldı. Proqnozlarının sabun köpüyündən başqa bir şey olmadığı nümayiş etdirildi. Qazağın 4 kəndi Azərbaycana qaytarıldı, sərhədlərin delimitasiyasına start verilir, Rusiyanın hərbi kontintgenti əraziləri tərk edir. Bu faktlardan sonra Ə.Kərimli ən azı özünə hörmət etməyi bacarsaydı, Azərbaycan xalqından üzr istəyib, siyasətdən gedərdi.

Əli Kərimlini Rusiyanın qaranlıq dairələrindən narazı salan nədir?

Təəccüb doğuran, həm də diqqətçəkən nüans ondan ibarətdir ki, niyə Ə.Kərimli Rusiyaya qarşı pataloji nifrət nümayiş etdirir? Axı o, zamanında Rusiyanın qaranlıq dairələrinin əlaltısı olub. İndiki hal da nasistlərə xidmət etmək Rusiyaya rəğbət göstərməkdən pisdirmi? Ə.Kərimli deyilmi, Almaniya nasist partiyasının fəal üzvü, bu dövlətin AŞPA-dakı deputatı Frank Şveberin “Azərbaycana qarşı sərgilədiyi sərt və prinsipial mövqeyinə görə təşəkkür edir və onun əlini sıxıram”, - deyən. Bu, o F.Şvaberdir ki, AŞPA-da Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılması layihəsi ilə çıxış etmiş və həmfikirlərinin dəstəyi ilə istəyini reallaşdırmışdır. Ə.Kərimlinin faşist ideologiyasının fəallarından olan şəxsə təşəkkür etməsi, onun qanında müəyyən zərərli hüceyrələrin olmasından xəbər verir. Ya da maddi və mənəvi dəstək aldığı Avropa və ABŞ-dakı ağalarından F.Şveberin mövqeyini dəstəkləmək göstərişini alıb. Bunun fonunda Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına xələl gətirmək, Azərbaycan cəmiyyətində narahat fikirlər formalaşdırmaq göstərişini alıb. Halbuki, zamanında Ə.Kərimli Rusiyanın müəyyən dairələrinin ayırdığı maliyyə vəsaitlərindən geninə-boluna bəhrələnməsi barədə informasiyalar var. Bütün bunlar Azərbaycan məhkəməsi tərəfindən də öz hüquqi təsdiqini tapıb. Belə ki, Rüstəmov Saleh Məhərrəm oğlunun, Rüstəmli Vidadi Valeh oğlunun, Məhərrəmov Aqil Əli oğlunun, Həsənov Babək Qəzənfər oğlunun və Nəsirov Ruslan Şamil oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində Ə.Kərimliyə Rusiyadan pul göndərildiyi sübuta yetirildi. AXCP-nin nəzarət-təftiş komissiyasının üzvü olan Təzəxan Mirələmli ifadəsində göstərmişdir ki, Polşada yaşayan Elturan Rüstəmli onun facebook səhifəsinə yazıb Əli Kərimlinin çıxışlarının niyə görə keyfiyyətsiz olduğunu soruşub, ona deyib ki, ola bilsin kameralar köhnədir. Bundan sonra Elturan ondan xahiş edib ki, bir nəfər tanışı ilə vebkamera və mikrofon göndərəcəkdir, həmin şəxslə görüşüb əşyaları ondan alıb Əli Kərimliyə vermək lazımdır. 2018-ci ilin mart ayında Elturanla əvvəldən vaxtını təyin etdikləri kimi Vidadi ilə Gənclik metrostansiyasının yanında görüşüb, vebkamera və mikrofonu ondan alaraq Əli Kərimliyə çatdırıb.

“Əli Kərimli agentdir”

BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə Əli Kərimlinin Rusiyanın agentura şəbəkəsi tərəfindən əməkdaşlığa cəlb olunduğunu söyləyib: “Əli Kərimli “Milli Şurada rol oynadı, Cəmil Həsənli də onunla oldu. Hətta Putinə məktub yazıb onu demokrat kimi təqdim etdilər. Putinə hazırladıqları məktub mətbuatda dərc edildi. Əli Kərimli bu gün maliyyəni Qərbdən alsa da, onun Rusiyaya işləməsini düşünməyə ciddi əsaslar var. Məsələn, Əli Kərimlinin Qənimət Zahidi pul üçün Rusiyaya göndərməsi. Və ya Qənimət Zahid Cənubi Azərbaycandan yazırdı, Əbülfəz Elçibəyin yanında idi. Onun İrana göndərilməsi anlaşılan deyildi. Bildiyiniz kimi, Qənimət Zahid Azərbaycana qayıdan kimi dedi ki, onu İranda saxlayıblar, əməkdaşlığa cəlb etmək istəyiblər. Adətən, ikili agentlər bu metoddan istifadə edirlər.Ona görə deyirəm ki, Əli Kərimlinin sovet vaxtından “KQB”-yə işləməsi ilə bağlı ciddi əsaslar var. Bu günə qədər mətbuatda dəfələrlə məsələ qaldırılıb ki, onun vəsiqəsinin “Krasno Zvezda” qəzetində çap olunması necə baş verə bilərdi, ancaq Əli Kərimli bu məsələyə aydınlıq gətirmir. Çünki bilir ki, mətbuat bunu araşdıracaq”.

Bu kimi ortada olana faktlardan, əsasən də keçmiş əqidə dostlarının Ə.Kərimlini mövcud faktlarla ifşa etmələri onu təsdiq edir ki,”Yurd” şefinin hazırda Rusiyaya qarşı ittihamlar irəli sürməsi müəyyən səbəblərlə əlaqəlidir. Birincisi, Rusiyadakı qaranlıq dairələr ona maliyyə yardımları ayırmaqdan imtina ediblər. İkincisi, “bacarıqsız agent” statusu adını aldığından onunla əməkdaşlıq əlaqələrinə son qoyulub. Üçüncüsü isə, Azərbaycanın Rusiya ilə isti münasibətlər qurması və bundan Avropadakı məkrli dairələr ciddi narahat olduqlarından Ə.Kərimli vasitəsi ilə Bakıya təsir edib, münasibətlərə xələl gətirməyə çalışırlar. Lakin Ə.Kərimli anlamır ki, bu gün dünyada çox ciddi geosiyası hadisələr yaşanır. Belə qarışıq dönəmdə dövlətləri düzgün və ağıllı siyasət aparmaları yarana biləcək problemlərdən qaçmağa imkanlara yaradır. Rusiya ilə Azərbaycan yaxın qonşu dövlətlərdir. Hər iki dövlət başçısının düzgün siyasət aparmaları nəticəsində bölgədə sülhün bərqərar olması imkanları yaranıb. Bu baxımdan, Fransa, Almaniya, ABŞ, Niderland və bu kimi digər ermənipərəst dövlətlərlə müqayisədə Rusiya bizə daha münasib və maraqlarımıza uyğun gələn dövlət hesab olunur. Bu baxımdan hazırkı mərhələdə Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, diplomatik əlaqələrini ən yüksək səviyyədə inkişaf etdirir. Bundan Ə.Kərimli və onun Avropa və ABŞ-dakı ağaları narahat olurlarsa, bu, onların problemidir. Azərbaycan dünyanın ən güclü və qüdrətli dövləti olaraq kiminlə və hansı dövlətlə necə və hansı formada əlaqələr qurmaq lazım gəldiyini yaxşı bilir.

İLHAM ƏLİYEV

Digər xəbərlər