“MDB məkanında yaranmış münaqişələr birbaşa Rusiya ilə bağlıdır”

“Son vaxtlar Ermənistan ilə Avropa Birliyinin yaxınlaşması Rusiyanı narahat edir. Ermənistanla Rusiya arasında forpostluq, həm də partnoyrluq əlaqəsi var idi. İqtisadiyyatının böyük hissəsi Rusiyanın inhisarında olub. Amma Ermənistan görür ki, bu, müsbət nəticə vermir. Çünki Rusiya iqtisadi amillərdən istifadə edib özününü siyasi problemlərini də həll edir. Rusiya ilə eyni bloklarda olan Ermənistan artıq ondan qopmağa başlayıb”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, Ermənistanın Avropa Birliyinə yaxınlaşmasını bir neçə istiqamətdə dəyərləndirmək lazımdır: “Birincisi, siyasi məsələdir. Ermənistan Rusiyaya demək istəyir ki, mən istənilən vaxt səndən ayrıla bilərəm. NATO da məhz Ermənistanı Rusiyadan ayırmaq istəyindədir. Çünki NATO-nun sərhədləri məhz Ermənistan ərazisindən keçir. Ermənistan isə Rusiyanın sanksiyalara məruz qalmasını bəhanə gətirərək, bundan iqtisadi narahatlıq keçirdiyini bildirir. Narahatlıq da ondan ibarətdir ki, Rusiya Ermənistana lazım olan vəsaiti ödəyə bilmir. Yəni əsas məqam siyasi məsələdir. Nəyin bahasına olursa olsun, Ermənistanı Rusiyadan ayırmaq istəyirlər.Eyni zamanda, erməni lobbisi də bunun marağındadır. AB Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, Ermənistanı da Qarabağ müharibəsinin cəngindən qurtarmağa çalışır. Ümumiyyətlə, hamıya da bəllidir ki, keçmiş MDB məkanında yaranmış münaqişələr birbaşa Rusiya ilə bağlıdır”.

sia.az