Siyasət

  • 3 125

Sədr müavini: “Azərbaycanda media üçün hər şərait yaradılıb” AÇIQLAMA

image

“Ötən gün “Azərbaycanda ali məktəblərdə media təhsili” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə yekun olaraq vurğulandı ki, Azərbaycanda media təhsilinin verilməsi üçün kifayət qədər şərait yaradılıb. Artıq bir neçə universitetdə jurnalistika fakultələri fəaliyyət göstərir. Burada jurnalistikaya daxil olmaq balları da kifayət qədər aşağı salınıb və s. Jurnalistika fakultələrinə ayrı-ayrı universitetlərdən daxil olmaq, təhsil almaq normal bir vəziyyətdir. Bunun üçün də hər cür şərait yaradılıb”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, KİV-in inkişafı üçün də yəni həm oranın maliyyə, iqtisadi dayaqlarının formalaşdırılması, həm də yayım işinin qurulması üçün kifayət qədər iqtisadi baza formalaşdırılıb, həmçinin demokratik mühit yaradılıb: “Azərbaycanda ali məktəblərdə media təhsili” mövzusunda keçirilən beynəlxalq konfrans müştərək tədbir idi. Burada həm Avropa, həm də Azərbaycanın yerli qurumları iştirak edirdi və s. Bu onu göstərir ki, Azərbaycanın media məkanına inteqrasiya etməsi üçün də kifayət qədər həm siyasi iradə, potensial var, həm də bunun üçün mexanizmlər qurulub. Yəni ölkədə media institutları, jurnalist təşkilatları, KİV redaksiyaları azad fəaliyyət göstərə bilirlər. Bunlar beynəlxalq media təşkilatları ilə sıx münasibətdədirlər və əməkdaşlıqdadırlar. Bütün bunlar onu deməyə əsas verir ki, medianın inkişaf etməsi üçün bütün mexanizm qurulub və heç bir maneə yoxdur. Sadəcə dövrün tələblərinə, yeni çağırışlara uyğun olaraq iş qurmaq lazımdır və o işdə qurulub

sia.az

Digər xəbərlər