Fəttah Heydərov: "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir"

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər. SİA-nın məlumatına görə, F.Heydərov və Şura üzvləri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarına gül dəstələri düzüblər.Ümummilli Lider Heydər Əliyev haqqında fikirlərini bildirən Azərbaycan Ağsaqqallar Şurasının sədri söyləyib ki, Ulu Öndər Sovet dövründə Azərbaycanı 15 respublika arasında önə çıxarıb: "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Azərbaycan üçün doğulmuşdu, Azərbaycan üçün də yaşadı. Heydər Əliyevsiz Azərbaycanın torpaqları namərd qonşularımız tərəfindən işğal edildi. Amma Ulu Öndər Naxçıvanı bəlalardan xilas eləməyi bacardı".F.Heydərov qeyd edib ki, hazırda Prezident İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirir: "Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün sülhün, əmin-amanlığın nümunəsidir".

sia.az