Siyasət

  • 3 535

Gövhər Baxşəliyeva: Elmin inkişafına dövlət dəstəyi yüksək səviyyədədir

image

«Azərbaycanda elmin inkişafına dövlət dəstəyi yüksək səviyyədədir». Bu fikri AMEA-nı Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, «Elm haqqında» qanun da elm sahəsinin inkişafına böyük töhfələr verməkdədir. Onun sözlərinə görə, Azərbaycanın elmi ictimaiyyəti bu sənədi yüksək qiymətləndirir.
«Elmi olmayan ölkənin gələcəyi yoxdur. Digər sahələrdə olduğu kimi elmin inkişafının da bütün məsələləri hüquqi müstəvidə həll olunmalıdır və ölkəmizdə də bu məsələ həllini tapıb. Məlumdur ki, bütün inkişaf etmiş ölkələrdə dövlət büdcəsindən elmə və müdafiə xərclərinə daha çox vəsait ayrılır. Çünki hər bir sahənin inkişafı elmi əsaslara söykənməlidir. Məhz Azərbaycan elminin inkişafına dövlət dəstəyi bu sahənin inkişafına güclü təkan verir»- deyə, G.Baxşəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər