Siyasət

  • 3 943

Masallıda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş idman tədbir keçirilib

image

Dünən YAP Masallı rayon təşkilatı və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Sərbəst güləş" idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında rayon birinciliyi keçirilmişdir. 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev giriş nitqi söyləmiş, 20 yanvar hadisələrinin mahiyyətindən danışmışdır.Seyfəddin Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, eləcə də, idman sahəsində aparılan uğurlu islahatlar haqda yarış iştitakçılarına məlumat vermişdir. Turnirin yekununda qaliblərə YAP Masallı rayon təşkilatı tərəfindən diplomlar, medallar və qiymətli hədiyyələr verilmişdir.

Nəzakət

Digər xəbərlər