Siyasət

  • 2 930

Məlahət İbrahimqızı: “Xalq İlham Əliyev siyasətinin alternativini görmür” ŞƏRH

image

“Bu gün tarixi əlamətdar və sevindirici bir gün oldu. Yeni Azərbaycan Partiyasının VI qurultayı növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərində YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı qərar verdi. Çünki Azərbaycan xalqı birmənalı olaraq Ümummilli Lider Heydər Əliyev siyasətinin və cənab İlham Əliyev siyasətinin alternativini görmür”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VI qurultayında cəmiyyətin, ictimaiyyətin, ziyalıların bir sözlə bütün təbəqələrin təmsilçilərinin hər biri yekdilliklə təmsil etdiyi bölgənin arzusunu, təklifini çatdırdı ki, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində prezidentliyə yeganə namizəd, alternativsiz cənab İlham Əliyevdir: “Həqiqətən də bu belədir. Azərbaycan xalqı 2003-cü ildən artıq seçimini edib. Bu seçimin nəticəsində də qısa müddət ərzində 2003-cü ildən ölkəmizdə çox böyük əlamətdar hadisələr baş verib. Təbii ki, bunu saymaqla da bitməz. Beynəlxalq arenada cənab Prezidentin apardığı xarici siyasət nəticəsində Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.Dövlət başçısının apardığı xarici siyasət nəticəsində bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistan isə işğalçı dövlət sayan qərarlar qəbul edib. Prezidentin siyasəti nəticəsində Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz Azərbaycandan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilib. Tarixi “İpək yolu”nun gerçəkləşməsində cənab İlham Əliyevin xüsusi xidməti vardır. Bütün bunlar həm bir tərəfdən Azərbaycandan beynəlxalq aləmə, Avropa ictimaiyyətinə verilən töhfədir, həm də Avropanın, beynəlxalq ictimaiyyətin, Dünya birliyinin Azərbaycana olan münasibətidir. Bütün sahələrdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə çox böyük işlər görülüb. Təbii ki, aprelin 11-də də xalq bir daha tərəqqiyə, sabitliyə, davamlı inkişafa hə deyəcək”.

sia.az

Digər xəbərlər