Politoloq: “Konqresmen sanksiyaların sərtləşdirilməsini tələb edir” MÖVQE

“ABŞ Rusiya rəsmilərinə və tanınmış iş adamlarına qarşı “Kreml siyahısı” hazırlamışdı. Siyahıda adı keçənlərə qarşı sanksiya qərarı olmasa da, demokrat-konqresmenlərin bir qismi Ağ Ev sahibi Donald Trampdan dərhal hərəkətə keçməyi tələb edirlər. Yəni siyahıda adları keçən 200 nəfərə qarşı sanksiyaların tətbiqinə çağırırlar”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, bunu tələb edən konqresmenlərin isimləri ilə tanış oldum, əksəriyyəti erməni lobbisi ilə sıx əlaqələri olan ermənipərəst konqresmenlərdir: “Məsələn konqresmen Robert Menendes ən qatı Türkiyə və Azərbaycan əleyhdarıdır, bu adam Donald Trampdan Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edir. Belə çıxır ki, erməni lobbisi dolayısı ilə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin əleyhinə deyil. O biri tərəfdən də həmin lobbi Rusiyanın Ermənistanı Azərbaycandan qorunmasını istəyir. Rəsmilərimizdən biri Moskvaya çatdırsın ki, görün kiminlə dostluq edirsiniz, ayağınızın altını qazanlar uzaqda deyil”.

sia.az