Siyasət

  • 3 489

Ceyhun Bayramov: Əsas hədəflərdən biri gənclərin potensialının inkişaf etdirilməsidir

image

«Təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib». Bu fikri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, təhsilalanların tədqiqat aparmaları, yeni informasiya texnologiyalarından istifadə etmələri və xarici dilləri öyrənmələri üçün geniş imkanlar yaradılıb. Onun sözlərinə görə, müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların yüksək standartlara uyğun tədqiqatçı–mütəxəssis kimi formalaşmasında müsabiqələrin də mühüm rolu var.
«Bu baxımdan təhsilin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsidir»-deyə, nazir müavini vurğulayıb.

sia.az

Digər xəbərlər