Siyasət

  • 3 052

Nazir Nasser Bourita: Mərakeş Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir

image

Mərakeş Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir.
Bu fikri Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita martın 5-də Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında söyləyib.
Nazir deyib: “Bir çox məsələlərdə oxşarlıqlarımız var. Əlaqələrimiz qarşılıqlı anlaşma əsasında qurulur. Biz Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq. İqtisadi əlaqələrimizin də siyasi sahədə olduğu kimi, sıx olmasını istəyirik. Bunun üçün hüquqi baza yaradılacaq və özəl sektor da cəlb ediləcək”.

yap.org.az

Digər xəbərlər