Quba rayonunda prezident seçkiləri ilə bağlı iclas keçirilib

Bu gün YAP Seçki Qərargahının Quba rayon şöbəsi 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğatını aparacaq şəxslərlə iclas keçirib.YAP Seçki Qərargahının Quba rayon şöbəsinin sədri Yusif Abidov çıxışında qeyd edib ki, mart ayının 19-dan aprelin 7-nə qədər II mərhələdə təbliğat kampaniyamız başlanacaq. Bununla bağlı qrafik tətbiq edilib və bu qrafikə uyğun olaraq, ərazilərdə seçicilərlə görüş keçiriləcək. Sədr bildirib ki, bu təbliğat kampaniyası uğurla başa çatacaq.

sia.az