Siyasət

  • 2 798

YAP Qubadlı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə başlayıb

image

2018-ci ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 19-da təbliğat – təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Seçki Qərargahı da 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə başlayıb.Kampaniyaya bütün Qubadlı ictimaiyyəti böyük coşqu ilə qoşulublar. Səhər saatlarından etibarən partiya rayon təşkilatının Seçki Qərargahının üzvləri və gənc fəallar rayonun inzibati ərazisi üzrə seçki dairələrinin məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını yerləşdirməyə başlayıblar. Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur. Qubadlı ictimaiyyəti əminliklə bildirir ki, bu seçkilərdə də onlar xalqımızın alternativsiz seçimi, YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.

yap.org.az

Digər xəbərlər