Siyasət

  • 3 181

YAP Naftalan şəhər təşkilatı təbligat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başlayıb

image

Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbligat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başlayıb.

Verilən məlumata əsasən kampaniyaya “İlhamla irəli ” devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verilib.
Məlumatda deyilir ki, prezident seçkiləri üzrə təşviqat qurupunun üzvləri və gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər. Rayon təşkilatının üzvləri bütün seçkilərdə olduğu kimi bu seçkidə də Yeni Azərbaycan Partiyasının qələbə qazanacacına inandıqlarını bildiriblər.
Xatırladaq ki, Naftalan şəhəri ərazisində 96 saylı Goranboy –Naftalan seçki dairəsi üzrə 5 seçki məntəqəsi yerləşir. Naftalan şəhəri üzrə 4930 seçici qeydiyyatdadır.

yap.org.az

Digər xəbərlər