Siyasət

  • 3 594

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsi prezidentliyə namizəd İlham Əliyevin təbliğat işlərinə start verib

image

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsi prezidentliyə namizəd İlham Əliyevin təbliğat işlərinə start verib. Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən təşviqat lövhələrinə şəkilasma aksiyası keçirilib.Aksiya zamanı hər birində 3 nəfər könüllü olmaqla yaradılmış 9 qrup tərəfindən rayon ərazisindəki 28 təşviqat lövhəsinə hər iki tərəfdən 56 şəkil asılıb. Təbliğat-təşviqat qrupları qabaqcadan tərtib olunmuş qrafik üzrə seçicilərlə görüş keçirəcək, əhali ilə birbaşa ünsiyyətdə olacaq, hakim partiyanın yüksək amal və ideyalarını insanlara çatdıracaqlar. Yeni Azərbaycan Partiyasının ali məramının Azərbaycan xalqına xidmət etməkdən ibarət olduğu, regionlarda, eləcə də Qobustanda bundan sonra da həyata keçiriləcək uğurlu planların məqsədi aşılanacaqdır. Azərbaycanın gələcək inkişafı yalnız İlham Əliyev siyasətindən və Onun həyata keçirdiyi iqtisadi-siyasi proqramlardan asılıdır. Rayon gənclərinin fəal iştirakı təbliğat-təşviqat kampaniyasına xüsusi çalar qatacaq, təbliğatı daha dinamik edəcəkdir. Əhali ilə görüşlərdə rayon ağsaqqalları, partiya veteranları, ziyalılar və könüllülər iştirak edəcəklər.Görüşlər müxtəlif formalarda, ən yüksək şəkildə həyata keçiriləcəkdir. Seçicilərlə keçiriləcək çoxsaylı görüşlərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin zəngin həyat yolundan, Onun seçki proqramından, Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən və ölkəmizin gələcək inkişaf konsepsiyasından çıxışlar ediləcəkdir. Azərbaycanın bu gün güclü dövlətlərdən birinə çevrilməsinin əsas səbəbi məhz dövlət başçısı İlham Əliyevin əvəzolunmaz siyasətidir, Onun reallaşdırdığı iqtisadi layihələrdir, insanların yaddaşında xəyal kimi dolanan ideyalar məhz Prezident İlham Əliyevin sayəsində öz reallığını tapmışdır. Bütün bunlar bir daha əminlik yaradır ki, Azərbaycan xalqı bir daha öz uğurlu seçimini edərək, İlham Əliyevə səs verməklə ölkənin inkişafına və tərəqqisinə səs verəcək.

sia.az

Digər xəbərlər