Siyasət

  • 3 275

Kürdəmirdə YAP-ın namizədinin təbliğat kampaniyası uğurla davam edir

image

Bu gün YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayonun Çöhranlı, Yeni Şıxımlı kəndlərində, Dəyirman Kombinatında seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, seçicilərlə görüşdə YAP Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrasturuktur layihələrinin əhəmiyyətindən danışıb. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə qazandığı sabit, demokratik ölkə imicini daha da möhkəmləndirir”-deyə qeyd edən natiq əlavə edib ki, böyük sürətlə və hərtərəfli şəkildə dinamik inkişafı davam edən müstəqil Azərbaycan dövləti dünya birliyində xüsusi çəkiyə malik əhəmiyyətli ölkədir. Nəinki regionun, ümumiyyətlə qlobal mənada dünyanın ən müxtəlif problemlərinin həllində Azərbaycan Respublikası mötəbər söz sahibidir: “Son 15 ildə görülən işlər, imzalanan fərman və sərəncamlar, müxtəlif sahələri əhatə edən proqramlar cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir. Cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb. Ona görə də 11 apreldə hər birimiz seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasnın namizədi Prezident İlham Əliyevi dəstəkləməklə Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik”.Çıxış edən təbliğat qrupunun üzvləri Sabir Novruzov, Talıb Məmmədov, Elmira Süleymanova, Valeh Qaraşov da Azərbaycan dövlətinin son 15 ildə atdığı uğurlu addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirdilər.Onlar regionlarn sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində ölkəmizin böyük inkişaf yolu keçdiyini diqqətə çatdırdılar. “Geridə qoyduğumuz 15 ili ötəri nəzərdən keçirmək belə kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini önümüzdəki illərdə də partiyamızın Sədri cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək”-deyə natiqlər bildiriblər.Seçicilərdən Nurəddin Nəsibov, Allahverdi Hacıyev, Rahim Nuğayev rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışaraq, cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər və xüsusilə vurğulayıblar ki, kürdəmirlilər hər zaman Prezidentin siyasətini dəstəkləyib və aprelin 11-də bir daha bu dəstəyi göstərərək, Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacaqlar.

sia.az

Digər xəbərlər