Siyasət

  • 3 648

Salyan seçiciləri İlham Əliyevə səs verəcəklər

image

Martın 23-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Salyan rayon şöbəsi pariyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Noxudlu kəndində seçicilərlə görüş keçirib.

YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov görüşdə çıxış edərək bildirib ki, salyanlıların mütləq çoxluğu YAP-ın namizədinə- cənab İlham Əliyevə səs verəcəklər. Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı cənab İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürür mənbəyidir. Bütün bunlara rəğmən demək olar ki, YAP-ın namizədi cənab İlham Əliyev salyanlılar üçün alternativsiz namizəddir.
Görüşdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Salyan rayon şöbəsinin üzvləri Yaqut Ələsgərova, Əbülfəz Bədəlov, Sahib Həsənov, Yavər Cəbrayılov YAP-ın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar.
Bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. Məhz bu inkişafın nəticəsidir ki, əhalinin təqaüdləri, maaşları ilbəil artırılır və bu da insanların firavan yaşamasına, sosial rifahının artmasına gətirib çıxarır. Çoxsaylı seçicinin iştirak etdiyi görüşlərdə seçicilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

yap.org.az

Digər xəbərlər