Siyasət

  • 1 199

YAP Biləsuvar rayon təşkilatında partiyaya yeni qəbul edilmiş üzvlərlə görüş keçirilib - ŞƏRH

image

May 10-da YAP Biləsuvar rayon təşkilatı apartında partiya sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələrin təqdim olunması mərasimi təşkil olunmuşdu. Tədbirdə Rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar şurasının sədri Akif Kazımov, aidiyyatı ərazi partiya təşkilatlarının sədrləri və partiya sıralarına yeni qəbul edilmiş üzvlər iştirak edirdilər.

Tədbirin açılışında ilk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları partiyaya üzv olmaları münasibəti ilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz tarixi xidmətlərindən bəhs etdi.Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqlərin verilməsinin məhz may ayının 10-a təsadüf etməsinin onlar üçün əlamətdar tarix olduğunu bildirdi. K.Qurbanlı regionun ən güclü siyasi təşkilatı olan, cəmiyyətin böyük inam və etimad göstərdiyi YAP-ın bu gün 700 mindən çox vətəndaşı öz sıralarında birləşdirdiyini və fəaliyyətinin azərbaycançılıq əqidəsinə, milli maraq və mənafelərin təminatına, ölkənin dinamik inkişafına sədaqətlə xidmət göstərmək məramına əsaslandığını vurğulayaraq bu səbəbdən də partiya sıralarına qoşulanların sayının getdikcə artdığını qeyd etdi. Partiyanın keçdiyi 32 illik tarixi yoldan, əldə olunmuş naliyyətlərdən, Partiya sədri, Respublikamızın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasi-diplomatik fəaliyyətindən söz açaraq öz fəaliyyətlərini məhz bu nümunələr əsasında qurmalı olduqlarını yeni partiya üzvlərinin diqqətinə çatdırdı.

Tədbirdə Rayon Aqşaqqallar şurasının sədri Akif Kazımov çıxış edərək partiya sıralarına yeni qəbul olunmuş üzvləri təbrik edib, onlara siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi. Sonda yeni üzvlərə siyasi fəaliyyətilərində uğurlar arzulandıqdan sonra üzvlük vəsiqələri təqdim olundu.

Digər xəbərlər