Siyasət

  • 1 261

Mədəniyyət və incəsənət xadımlərinə dövlət qayğısı davamlıdır

image

Ulu Öndərin siyasi kursunu bütün sahələrdə ugurla davam etdirən Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdən etibarən, mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu diqqət sayəsində mədəniyyət və incəsınət sahəsində daimi olaraq əsaslı islahatlar aparılıb, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılır.

Mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında sərəncamları mədəniyyətimizə olan diqqətdir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə hər zaman diqqətdə olub. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin qeyri-adi təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də kifayət qədər təsirini göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Bu gün Azərbaycanı dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi də tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır". Bu baxımdan , bu gün ölkədə mədəniyyət və incəsənət xadimlərinə böyük dövlət qayğısı vardır.

Müasir dövrümüzdə Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də böyük uğurlar müşahidə olunmaqdadır. Sənətə, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevin səyi və köməyi nəticəsində milli mədəniyyətimiz vüsətli inkişaf yoluna qədəm qoyub. Təməli Ulu Öndər tərəfindən qoyulan ənənə bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, milli sənətin inkişafı və s. diqqətdə dayanır. Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır.

Ölkə rəhbərinin imzaladığı sərəncamlar mədəniyyət və incəsənətimizin inkişaf etdirilməsinə yönəlmişdir. Dövlət başçısının çıxışlarının birində qeyd etdiyi kimi, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılıb, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları istifadəyə verilib, habelə, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib.

Ölkənin böyük şəhərlərində, eləcə də rayon mərkəzlərində əsaslı təmir olunan mədəniyyət obyektləri bu gün əhalinin əsl mədəni istirahət mərkəzlərinə çevrilmişdir. Milli Akademik Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Filarmoniyası müasir üslubda yenidən qurulmuşdur.

Dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən mədəniyyət ocaqları köklü şəkildə modernləşdirilib və yenidən qurulub. Cənab Prezidentin Sərəncamı ilə teatr binaları, konsert salonları yüksək səviyyədə təmir-bərpa edilib, sənət xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir, həyat şəraitləri yüksəldilir.

Bütün bunlar deməyə əsas verir ki, müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri Azərbaycan Prezidenti tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır.

Dövlət başçısının "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında", eləcə də "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları sənətə və sənətkara olan diqqətin daha bir nümunəsidir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir. Dövlət tərəfindən göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir. Ölkəmizdə mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsi, dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının nəticəsidir. Uzun illər Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan sənətkarlara ayrılan bu diqqəq onların yaradıcılıq yoluna stimul verəcək.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər