Siyasət

  • 3 093

“Heydər Əliyev: Azərbaycanın xilaskarı və qurucusu” - FOTO

image
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın xilaskarı və qurucusu” mövzusunda dəyirmi masa keçirildi YAP Xocavənd rayon təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10 may 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın xilaskarı və qurucusu” mövzusunda dəyirmi masa keçirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd edilməsi, Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış bu dahi şəxsiyyətin dövlət idarəçiliyi sahəsindəki fəaliyyətində vətənpərvərlik tərbiyəsinin müxtəlif istiqamətləri üzrə görülmüş işlər barədə gənclərin məlumatlılığının artırılması, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi məqsədi ilə keçirilən dəyirmi masada 58 nəfər iştirak etmişdir.

Tədbirdə Ümummilli liderin əziz xatirəsi anılmış, onun keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən bəhs edən çıxışlar səslənmiş, ayrı-ayrı gənclərin fikirləri dinlənilmişdir.