Siyasət

  • 3 354

Latviyalı müşahidəçilər prezident seçkilərini yüksək qiymətləndiriblər

image

Latviya parlamentinin müşahidə missiyası prezident seçkilərinin yekunu ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirib. Sechki-2018.az saytı xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun sədri Abu Meri Hosams və Latviya Seyminin deputatı Romans Naudins daxildir.

R.Naudins bildirib ki, 10 seçki məntəqəsində səsvermə prosesini izləyiblər. “Apardığımız müşahidələr zamanı heç bir qanun pozuntusuna rast gəlmədik. Seçkilər normal məcrada keçirildi”,-deyə deputat vurğulayıb.
Mərkəzi Seçki Komissiyası tərəfindən ölkə vətəndaşlarının sərbəst şəkildə səs verə bilməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirən R.Naudins qeyd edib ki, əlilliyi olan şəxslərin maneəsiz olaraq səsvermə məntəqəsinə daxil ola bilməsi üçün pandusların quraşıdılması, daşınan seçki qutularının təşkili diqqət çəkən xüsusi məqamlardandır.
Latviyalı deputat Azərbaycandakı seçkilərdə kifayət qədər müsbət məqamların olduğunu deyib. Onun sözlərinə görə, məntəqlərə veb-kameraların quraşdırılması da nümunəvi xarakter daşıyır. R.Naudins hesab edir ki, başqa dövlətlərin də bu təcrəbədən faydalanmasına ehtiyac var.

yap.org.az

Digər xəbərlər